NASA kosmosdan Yer üzərində qeyri-adi hadisəni qeydə alıb: Nə baş verib?

NASA kosmosdan Yer üzərində qeyri-adi hadisəni qeydə alıb: Nə baş verib?NASA Beynəlxalq Kosmik Stansiyadan Yer üzərində qeyri-adi atmosfer hadisəsini qeydə alıb. Məlumata görə, bu hadisə 2024-cü ilin sentyabrında ABŞ-ın Florida ştatı sahillərinə çırpılan "Helen" qasırğası ilə əlaqəli olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" resursu məlumat yayıb.

Materialda bildirilir ki, Beynəlxalq Kosmik Stansiyada quraşdırılmış cihaz Yer atmosferindən təxminən 88 kilometr yüksəklikdə hərəkət edən naməlum hadisəni aşkar edib. NASA Yer səthindən görünməyən, lakin kosmosdan müşahidə edilən bu mənzərə qarşısında təəccübləndiyini qeyd edib.

Alimlər bu müşahidəni atmosfer dalğaları kimi qiymətləndiriblər. Dalğaların Yer səthindən xeyli yüksəklikdə görünməsi güclü hava hadisələrinin təkcə yer səthində dağıntılar yaratmadığını, eyni zamanda atmosferin müxtəlif qatlarına da təsir etdiyini göstərir.

Qeyri-adi hadisə Yer atmosferinin üçüncü qatı sayılan mezosferdə qeydə alınıb. Mezosfer təxminən 50-85 kilometr yüksəklik intervalını əhatə edir.

Məlumata görə, atmosfer dalğalarının ölçülməsi üçün nəzərdə tutulmuş AWE adlı cihaz 2023-cü ildə Beynəlxalq kosmik stansiyanın xarici hissəsində quraşdırılıb. Bu cihaz yüksək hündürlüklərdə qazların yaydığı və "atmosfer parıltısı" adlandırılan işığı müşahidə etmək məqsədi daşıyır. "Helen" qasırğasının Florida sahillərinə çatdığı anda AWE Yer üzərindən yüksəkdə dalğaya bənzər naxışlar qeydə alıb.

NASA açıqlamasında bildirib ki, qasırğa o qədər güclü olub ki, havanı çox böyük hündürlüklərdə belə hərəkətə gətirib. Qeyd olunur ki, bu fenomen qərb istiqamətində yayılıb və təsir yalnız fırtına zonasına məhdudlaşmayıb.

Xatırladılır ki, Beynəlxalq kosmik stansiya Yer səthindən təxminən 400 kilometr yüksəklikdə orbitdə hərəkət edir. Burada yerləşdirilən cihazlar adi meteoroloji ölçmələrlə aşkar olunmayan prosesləri qeydə almağa imkan verir.

Bu nə üçün vacibdir?

Alimlər bildirirlər ki, atmosferin seyrək qatlarında baş verən bu cür təsirlərin öyrənilməsi onların mümkün yan təsirlərini və regional nəticələrini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, bu amillər birbaşa peyklərin fəaliyyətinə təsir göstərə bilən şəraitlə bağlıdır.

Mütəxəssislərin sözlərinə görə, atmosferin yuxarı qatlarında havanın sıxlığında baş verən hətta cüzi dəyişikliklər belə peyklər üçün problemlər yarada bilər. AWE cihazı bu müşahidələri daha dərindən anlamağa və peyklərin təhlükəsizliyinə təsir edə biləcək risklərin qarşısını almağa kömək edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 16 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 0
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

16:10 0
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

13:30 0
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 263
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 249
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.