Üç çarpayıda yatır, mikroavtobuslarda səyahət edir - Dünyanın ən uzun adamı necə yaşayır?
Dünyanın ən hündür insanı olan Sultan Kösenin boyu 2,5 metrdən artıqdır. Bu səbəbdən onun həyatındakı demək olar ki, bütün məişət əşyaları xüsusi uyğunlaşdırma tələb edir. O, üç çarpayını birləşdirərək yatır, hərəkət etmək üçün isə yalnız geniş mikroavtobuslardan və ya açıq tavanlı avtomobillərdən istifadə edə bilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Sultan Kösen 2009-cu ildə rəsmi şəkildə dünyanın ən hündür insanı statusunu alıb.
Həmin vaxt onun boyu 243 santimetr olub və bu göstərici son 20 ildən artıq müddətdə ilk dəfə olaraq 2,4 metrdən hündür bir insanın qeydə alınması demək idi. 2011-ci ildə isə onun boyu 251 santimetrə çatıb. Bununla da o, əvvəlki rekordçu çinli Si Şunu geridə qoyub.
Hazırda 43 yaşlı Türkiyə vətəndaşı olan Kösen uşaqlıqdan yaşıdları arasında seçilib. Doqquz yaşında olarkən boyu artıq 150 santimetrdən çox olub. Həddindən artıq boy təkcə fiziki çətinliklər deyil, həm də ciddi psixoloji problemlər yaradıb. Onun sözlərinə görə, məktəbdə bir çox uşaqlar ondan uzaq durur, bəziləri isə hətta qorxurdu.
Yaş artdıqca sağlamlıq problemləri də ortaya çıxıb. Görmə sahəsi kəskin şəkildə daralıb və o, yalnız qarşısında olan obyektləri görə bilib. Həkimlər müəyyən ediblər ki, gigantizmin səbəbi hipofiz vəzisində yaranan şişdir. İlk əməliyyat uzunmüddətli nəticə verməsə də, 2008-ci ildə aparılan ikinci cərrahi müdaxilə uğurlu olub və vəziyyət stabilləşdirilib.
Bundan sonra Kösenin həyatı əhəmiyyətli dərəcədə dəyişib. Bir il sonra Ginnesin Rekordlar Kitabı onun təkcə ən hündür insan deyil, həm də dünyanın ən böyük əllərinə və ayaqlarına sahib olduğunu rəsmi şəkildə təsdiqləyib. Kösen etiraf edir ki, məhz həmin dövrdə ilk dəfə cəmiyyət tərəfindən qəbul olunduğunu hiss edib.
Bununla belə, gündəlik məhdudiyyətlər hələ də qalır. O, təyyarələrdə yalnız biznes və ya birinci sinifdə uça bilir, çünki ekonom sinif oturacaqları onun üçün uyğun deyil. Adi taksilər ölçülərinə görə əlverişsizdir, otellərdə isə rahat yatması üçün işçilər üç tək nəfərlik çarpayını birləşdirməli olurlar.
Uşaqlıqda yaşadığı çətinliklərə baxmayaraq, bu gün Kösen ən böyük nailiyyəti kimi qazandığı tanınmışlığı və müxtəlif ölkələrdən əldə etdiyi dostluqları göstərir. Onun sözlərinə görə, rekord boyu ona dünyanın dörd bir yanında insanlarla tanış olmaq imkanı yaradıb.
2023-cü ildə Qanadan olduğu iddia edilən daha hündür bir şəxslə bağlı yayılan məlumatlardan sonra Kösenin statusu sual altına alınsa da, müstəqil ölçmələr bu iddiaları təsdiqləməyib. Beləliklə, Sultan Kösenin rekordu qüvvədə qalır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1007 Tarix: 16 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
00:13 120 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. BİG.AZ paylaşımı təqdim edir:
19.09.2026 148 Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19.09.2026 133 ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
00:09 111 Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19.09.2026 129 "Qarabağda separatizmin kökü kəsildi" - Könül Nurullayeva
"2023-cü ilin 19-20 sentyabrı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası istiqamətində həlledici mərhələ kimi tarixə düşdü. Sentyabrın 19-da Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı". Bu sözləri BİG.AZ-a açıqlamasında millət vəkili Könü
19.09.2026 168 GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...
Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər
00:15 120 Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub
Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il
19.09.2026 156 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
00:17 145