Uşağın nə etdiyi valideyni maraqlandırmır - PSİXOLOQDAN AÇIQLAMA
Bir vaxtlar valideyn uşağın hər addımını izləyirdi, harada olduğunu bilməyə çalışırdı, başına nə gələ biləcəyindən narahat olurdu. Bu gün isə bir çox valideyn üçün uşaq sadəcə evdə olan bir fiqura çevrilib. Uşaq nə edir, nə ilə məşğuldur, nə düşünür-bunlar artıq ciddi maraq doğurmur. Valideyn var, amma diqqət yoxdur. Uşağın saatlarla nə ilə məşğul olduğu soruşulmur, dərsi, problemi, daxili durumu vecə alınmır. Əsas odur ki, uşaq səs salmasın, valideyni narahat etməsin. Bu laqeydlik təkcə tərbiyə məsələsi deyil, gələcək üçün ciddi riskdir. Çünki maraq göstərilməyən uşaq tədricən nəzarətsiz qalır və boşluqda böyüyür.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, əvvəllər yol keçmə qaydası, özünü qoruma,kənar adamla davranış, fiziki təhlükədən yayınma və s. bu kimi qaydalar məktəbdə sistemli şəkildə öyrədilirdi. Eləcə də, şəxsi inkişaf üçün məktəbi bitirən hər bir fərd sərbəst buraxılırdı. Yəni, bir növ "Cəmiyyət sənə özünü qorumağı öyrədir, həyatını isə özün qur". Bu gün dəyişən nədir? Onun sözlərinə görə, şəxsi nəzarət və kollektiv məsuliyyətsizlik. Dövlət və məktəb təhlükəsizliyi öyrətməkdən geri çəkilib: Cəmiyyət baş verən təhlükəni "təsadüfi hal" kimi görür. Eləcə də, uşağın gələcəyini valideyn öz istəyinin, yəni öz eqosunun davamı kimi gördüyündən, uşağı sərbəst buraxmır. Yəni, "Uşağı maşın vura bilər" real risk düşüncəsi "Uşaq yanlış ölkəyə gedər və yanlış formalaşar" düşüncəsinə keçid edib.
Valideynin narahatlığı eqosu səbəbindən simvolik statusa keçib. Niyə bu gün valideynlərin çoxunun övladlarının günlük fiziki həyatla bağlı narahatlıqları azalıb, yaxud yoxdur? Çünki valideyn şəxsi kimliyini uşağın gələcəyinə "yapışdırıb". Əsasən uşağın özündən çox, gələcəyi üçün narahatdır. Məsələn, uşaq təhsil, ölkə seçim edərkən, valideyni mənəvi olaraq məsuliyyətə çəkir. Valideyn isə bu məsuliyyəti üzərinə götürmək istəmir, öz seçimi ilə özünü rahat edir. Niyə əvvəllər insanlara təhlükəsizlik öyrədilirdi, indi isə yox? Çünki, əvvəllər cəmiyyət insanı fiziki olaraq saxlamaq istəyirdi, indi isə dövlət insanı istehlakçı kimi görür.
Yəni; vergi verən, alıb- satan, xidmət alan, pul xərcləyən, qısası statistik rəqəm kimi görür. Vətəndaşın mənəvi, psixoloji, sosial inkişafı ikinci plana keçir. Bunun da nəticəsində nə baş verir? İnsan təhsil alan, düşünən fərd yox, "iş bazarı üçün kadr" olur. Ölkədə sağlamlıq sistemi sağaltmaqdan çox, xidmət satır. Sosial siyasət insanı gücləndirmək yox, idarə etmək üzərində qurulur və vətəndaş passivləşir. Sağlam inkişaf etmiş dövlətlərdə vətəndaş dəyərdir iştirakçıdır, məsuliyyətli və söz sahibidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1418 Tarix: 16 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
16:10 0 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107