İnsanları Yaxınlarının Adından Göndərilən Saxta Mesajlar: Sosial Şəbəkələrdə Pul Fırıldaqları Artır

İnsanları Yaxınlarının Adından Göndərilən Saxta Mesajlar: Sosial Şəbəkələrdə Pul Fırıldaqları ArtırSon zamanlar sosial şəbəkələrdə insanların yaxınlarının adından mesajlar göndərilərək pul tələb olunması halları getdikcə artıb. Belə mesajlarda adətən tanış birinin adı istifadə olunur və qısa, təcili yardım tələb edən tonla yazılır ki, alıcı dərhal reaksiya versin. Bu fırıldaqlar yalnız fərdlərə maddi ziyan vurmaqla qalmır, həm də ailələr arasında etibar məsələlərini sarsıda, insanların yaxınlarının hesablarına olan inamını azalda bilir. Hadisələrin artması göstərir ki, onlayn ünsiyyətdə hər kəs diqqətli olmalı, mesajların mənbəyini dəqiqliklə yoxlamalı və şübhəli hallarda heç bir maliyyə əməliyyatı etməməlidir. Bu tendensiya həm fərdi təhlükəsizlik, həm də sosial etibar baxımından ciddi bir problem olaraq qalır.
İnsanları Yaxınlarının Adından Göndərilən Saxta Mesajlar: Sosial Şəbəkələrdə Pul Fırıldaqları ArtırMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, bu əslində kibercinayətkarlığın bir növüdür. Onun sözlərinə görə, onlar adətən hər hansısa bir şəxsin sosial şəbəkə hesabını oğurlayırlar: "Hesab oğurlandıqdan sonra, onlar başlayırlar həmin şəxsin yaxınlarına yazmağa. Təbiiki sosial şəbəkə hesabının oğurlanması özü kibercinayətdir. Sonradan həmin şəxsin adından onun yaxınlarına yazmaq bu ayrıca bir cinayətdir. Üstəlik həmin şəxsin adından yaxınlarından pulda alırlarsa, bu artıq maddi ziyanın vurulmasıdır. Bununla bağlı vətəndaşlar təbiiki polisə müraciət etməlidirlər. Sadəcə olaraq həmin şəxsləri tapmaq çox çətin məsələdir.

Yəni bir qayda olaraq, onlar heç Azərbaycanda deyillər. Onlar Azərbaycanda deyilsə, polis onları necə axtarıb tapsın? Bunu vətəndaşlarımız nəzərə almalıdılar ki, onları tapmaq çox çətin məsələdir. Vətəndaşlar birincisi sosial şəbəkə hesablarının oğurlanmasına imkan verməməlidirlər. Yəni onlara müraciət edən tanımadıqları adama heç bir şəxsi məlumatlarını verməməlidirlər. Əgər insanlara tanıdıqları profildən kimsə nəsə yazırsa, birinci növbədə bu hiss olunur ki, bu yazı o adamın yazı üslubu deyil. Belə olduğu halda dərhal həmin profili blok etmək lazımdır və həmin şəxsədə xəbər vermək lazımdır ki, sənin profilin oğurlanıb".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 0
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 336
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir

Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə

10:30 155
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab

14.11.2026 241
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.