Azərbaycanın TRIPP uğuru: Naxçıvan dəhlizi və strateji üstünlük
"Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sülh bəyannaməsi və onun əsas elementi olan "Trump Route for International Peace and Prosperity" (TRIPP) layihəsi Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirən tarixi nailiyyət kimi qiymətləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyan bu marşrutun ölkəsi üçün iqtisadi imkanlar və Qərbə inteqrasiya baxımından üstünlüklərini önə çəksə də, real strateji və uzunmüddətli dividendlər məhz Azərbaycanın xeyrinə formalaşır".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, TRIPP-in Azərbaycana verdiyi ən mühüm üstünlük Naxçıvan Muxtar Respublikası ilə maneəsiz əlaqənin təmin olunmasıdır. Beləliklə, 30 ildən artıq davam edən blokada faktiki olaraq aradan qalxır. Azərbaycan öz ərazisi üzərində suveren nəzarət çərçivəsində, ABŞ-ın zəmanəti ilə strateji dəhliz əldə edir. Bu marşrut Türkiyəni Xəzər hövzəsi və Orta Asiya ilə, eyni zamanda Avropa istiqaməti ilə birləşdirən ən qısa tranzit yolunu açır və Azərbaycanı Türk dünyasının Qərbə açılan əsas qovşağına çevirir:
"Razılaşma Azərbaycan-ABŞ münasibətlərində də yeni mərhələnin başlanğıcıdır. Tramp administrasiyası tərəfindən Section 907 məhdudiyyətinin ləğvi Azərbaycana hərbi-texniki əməkdaşlığın genişlənməsi, NATO standartlarına yaxınlaşma və enerji sahəsində strateji tərəfdaşlığın dərinləşməsi imkanlarını açır. SOCAR ilə ExxonMobil arasında imzalanmış memorandumlar, yeni investisiya və enerji layihələri Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 768 Tarix: 15 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 266 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 252 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 263 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15:30 0 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249