Borcunu qaytara bilməyən qadın eltisinin qızıllarını oğurladı - TƏFƏRRÜAT

Borcunu qaytara bilməyən qadın eltisinin qızıllarını oğurladı - TƏFƏRRÜATLənkəranda qadın qaynının arvadının 9200 manatlıq qızıl-zinət əşyalarını oğurlayıb.

Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1998-ci il təvəllüdlü Fəran Əsgərli şəxsi məsələləri üçün Lənkəran sakinindən 2 min manat borc götürsə də, həmin pulu söz verdiyi vaxtda qaytara bilməyib. Qadın məcburiyyət qarşısında qalaraq oğurluq etdiyini bildirib.

Belə ki, bu ərəfədə Fəran Əsgərlinin qayınanasının qardaşı ölüb, ailə üzvləri yas mərasiminə gediblər. Həmin vaxt evdə F.Əsgərli tək qalıb və fürsətdən istifadə edərək evdən oğurluq etmək qərarına gəlib. Bu məqsədlə o, bir evdə yaşadığı qaynı Tural Əsgərli və onun xanımına aid yataq otağına girib və eltisinin ümumi dəyəri 9200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. O, bəziləri brilyant qaşlı olan zinət əşyalarını borc aldığı şəxsə verərək bildirib ki, satsın, öz pulunu götürsün, qalan məbləği isə ona qaytarsın.

Hadisədən bir gün sonra T.Əsgərlinin həyat yoldaşı evindən zinət əşyalarının oğurlandığını bilib, bu barədə həyat yoldaşına məlumat verib. T.Əsgərli qardaşının arvadına deyib ki, əgər əşyalarını o oğurlayıbsa, qaytarsın. F.Əsgərli isə qızıllardan xəbəri olmadığını söyləyib.

Məcburiyyət qarşısında qalan ailə məsələ ilə bağlı polisə məlumat verib. Polisin keçirdiyi əməliyyatla F.Əsgərli şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan edilib və zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə F.Əsgərliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib, ona elektron nəzarət qolbağı tətbiq olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 804   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Preziden

10:37 148
.

Rusiya raket və dron hücumu həyata keçirərkən Kiyevdə gecə partlayışlar baş verir

Rusiya cümə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə yüzlərlə dron və onlarla raket ataraq yaşayış binalarını dağıdıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, gecə ərzində paytaxtda baş verən çoxsaylı partlayışlar nəticəsində binalar silkələnib və əks-səda verib, ən azı 13 nəfər ölüb, onlarl

12:40 136
.

Ağ Evdən mühüm qərar: ABŞ qoşunları Polşada daimi yerləşdiriləcək

ABŞ administrasiyası Polşada Amerika qoşunlarının daimi yerləşdirilməsini təsdiqləyib. xəbər verir ki, bu barədə RMF24 Polşa Prezidentinin Kansleri yanında Beynəlxalq Siyasət Departamentinin rəhbəri Marçin Prjidaczın ABŞ Dövlət Katibi Marko Rubio ilə keçirdiyi görüşdən sonra verdiyi açıqlamaya istinadə

10:53 145
.

NATO baş katibi Ukrayna PUA-ları ilə bağlı iddialara aydınlıq gətirdi

NATO ölkələrinin hava məkanında görünməsini texniki səbəblərlə izah edib. xəbər verir ki, o, bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində danışıb. Rutte bildirib ki, Ukrayna pilotsuz uçuş aparatlarını qəsdən NATO ölkələrinin hava məkanından keçirmir. "Ukrayna qəsdən NATO hava məkanında

10:57 146
.

Paytaxtda 177 eskalator yenilənəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq payiz aylarında Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə

13:06 118
.

Deniz Akkaya saxlanıldı

Keçmiş model Deniz Akkayanın polis tərəfindən saxlanıldığı bildirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Akkayanın yaşadığı evdə tez-tez gərginlik yaratması olub. Məlumata görə, o, ötən axşam evdə dostu ilə mübahisə edib. Mübahisənin böyüməsindən sonra Akkayanın dostuna hücum etdiy

01.07.2026 284
.

Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqlar başa çatıb

İran və ABŞ çərşənbə günü dolayı danışıqlar mərhələsini başa vuraraq, davamlı sülhə doğru irəliləyiş əlaməti göstərmədilər və bunun əvəzinə iki həftə əvvəl müvəqqəti razılaşma elan edildikdə həll edildiyini söylədiyi məsələlərə diqqət yetirdilər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, müzakirələrl

12:53 120
.

Ekspert: Rusiyanı yaxın dövrdə mürəkkəb seçimlər gözləyir

"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin təhlükəsiz hesab edilən ərazilər

12:24 144
.

Çində güclü ZƏLZƏLƏ baş verdi

Çinin şimal-qərbindəki Tsinxay əyalətinin Haixi Monqol və Tibet Muxtar Dairəsində 5,2 bal gücündə zəlzələ baş verib. Bizim.Media xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb. Zəlzələ Pekin vaxtı ilə səhər saat 7:44-də qeydə alınıb

01.07.2026 274
.

TOP MP3