Azərbaycan-İsrail qardaşlığı: Maraqlardan doğan deyil, dəyərlərdən yoğrulan bağ - KÖŞƏ YAZISI

Azərbaycan-İsrail qardaşlığı: Maraqlardan doğan deyil, dəyərlərdən yoğrulan bağ - KÖŞƏ YAZISIDünyada münasibətlər çox vaxt maraqlar üzərində qurulur. Maraqlar dəyişəndə əlaqələr də zəifləyir. Amma elə bağlar var ki, onları təkcə siyasi razılaşmalar deyil, qarşılıqlı etibar və tarixi yaddaş formalaşdırır. Azərbaycan-İsrail münasibətləri məhz bu nöqtədə artıq sadə tərəfdaşlıqdan çıxıb, qardaşlıq səviyyəsinə yüksəlib.

Qardaşlıq təkcə eyni dindən olmaq demək deyil. Qardaşlıq bir-birinin ağrısını başa düşmək, haqlı olanın yanında durmaq, çətin gündə tərəddüd etməməkdir. Azərbaycan və İsrail arasında formalaşan münasibətlər illərdir bu anlayışın real nümunəsidir.

Azərbaycan yəhudi xalqı üçün həmişə təhlükəsiz məkan olub. Quba Qırmızı Qəsəbəsi bu gün də bütün dünyaya göstərir ki, yəhudilər bu torpaqlarda qonaq yox, ev sahibi kimi yaşayıblar. Sinagoglar dağıdılmayıb, inanc təzyiq altına alınmayıb, kimlik heç vaxt təhlükə hesab edilməyib. Bu, təsadüf yox, dövlət siyasətinin və cəmiyyətin düşüncə tərzinin nəticəsidir. İsrail bunu yaxşı bilir və heç vaxt unutmur.

Bu qardaşlığın digər tərəfi isə siyasi sınaqlarda özünü göstərib. Azərbaycanın təhlükəsizliyi məsələsində İsrail tərəddüd etməyib. Ən çətin məqamlarda ikili standartlara sığınmayıb, haqlını haqsızdan ayırmağı bacarıb. Xüsusilə regionda vəziyyətin gərginləşdiyi dövrlərdə İsrail Azərbaycanın ərazi bütövlüyü prinsipinə açıq şəkildə hörmət nümayiş etdirib. Qardaşlıq da məhz belə anlarda ölçülür.

Azərbaycan da bu münasibətə formal yanaşmayıb. İsrail üçün strateji əhəmiyyət daşıyan enerji təhlükəsizliyində Bakı etibarlı mövqe sərgiləyib. Bu, sadəcə iqtisadi əlaqə yox, qarşılıqlı güvənin göstəricisidir. Çünki qardaşlıqda söz verib yarı yolda qoymaq anlayışı yoxdur.

Bu qardaşlığın real təzahürləri bu gün də davam edir. Yanvarın 26-da İsrailin xarici işlər naziri ölkəmizə səfər edəcək. Bu səfər adi diplomatik görüş deyil. Bu, Azərbaycan-İsrail qardaşlığının növbəti açıq mesajıdır. Dünyada münasibətlərin sürətlə dəyişdiyi, bəzi ölkələrin mövqelərini tez-tez yenidən hesabladığı bir dövrdə bu səfər göstərir ki, Bakı-Təl-Əviv xətti sabitdir, etibarlıdır və strateji xarakter daşıyır.

Məhz bu səbəbdən İsrail-Azərbaycan qardaşlığı bu gün çoxlarının yuxusunu qaçırdır, qarnına sancı doldurur. Bu qardaşlıqdan narahat olanlar az deyil. Onları narahat edən məsələ din deyil, insan haqları deyil, sülh də deyil. Onları narahat edən iki müstəqil dövlətin kiminsə icazəsi olmadan yolunu seçməsi, haqlının yanında dayanmasıdır.

Bəzi dairələr bu qardaşlığı süni qarşıdurma müstəvisinə çəkməyə çalışır. Guya Azərbaycan hansısa tərəfi seçməlidir. Amma Azərbaycan heç vaxt seçim etməyib - o, sadəcə haqlının yanında olub. Bakı üçün xarici siyasət emosiyalarla yox, prinsip və ədalətlə ölçülür. İsrail də məhz bu mövqeyə görə Azərbaycanla münasibətlərinə xüsusi önəm verir.

Ən önəmlisi isə bu qardaşlığın xalqlar səviyyəsində qəbul olunmasıdır. İsraildə yaşayan azərbaycanlılar, Azərbaycanda sülh və hörmət içində yaşayan yəhudilər bu bağın süni olmadığını hər gün sübut edirlər. Bu münasibət kabinetlərdə yazılmayıb, zamanın sınağından keçərək formalaşıb.

Bu gün Azərbaycan-İsrail qardaşlığı bölgədə nadir nümunədir. Fərqli dinlərə, fərqli mədəniyyətlərə baxmayaraq, qarşılıqlı etibarın, açıq mövqenin və prinsipial siyasətin mümkün olduğunu göstərən bir modeldir. Dünyanın bu qədər parçalandığı bir dövrdə belə qardaşlıqlar azdır - ona görə də dəyərlidir.

Bəzən qardaş olmaq üçün eyni dili danışmaq yetərli deyil. Bəzən eyni həqiqətin yanında dayanmaq kifayətdir. Azərbaycan və İsrail məhz bu həqiqətdə qardaşdır.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 0
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 336
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir

Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə

10:30 155
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab

14.11.2026 241
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 301
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.