Ən "narsist" ölkələr bəlli oldu: Siyahının zirvəsi hər kəsi təəccübləndirdi
Özünü bəyənmə, təqdir olunma istəyi və bitib-tükənməyən təsdiqlənmə ehtiyacı... Adını yunan mifologiyasında öz əksinə vurulan Narkissosdan alan narsisizm artıq yalnız fərdi şəxsiyyət xüsusiyyəti kimi deyil, cəmiyyətlərin davranış kodlarını açan genişmiqyaslı elmi araşdırmanın mövzusu kimi gündəmdədir.
Qaynarinfo xəbər verir ki, Miçiqan Universiteti tərəfindən aparılan və 53 ölkədən 45 mindən çox insanın iştirak etdiyi araşdırma, narsisizmin dünya üzrə yayılma xəritəsini hazırlayıb. Nəticələr isə olduqca təəccüblüdür. Çünki uzun illər narsisizmin mərkəzi kimi görülən Amerika Birləşmiş Ştatları siyahının ilk onluğuna belə düşməyib. Tədqiqat göstərir ki, narsisizm yalnız fərdi seçim deyil, ölkələrin iqtisadi gücü və mədəni quruluşu ilə də birbaşa əlaqəlidir.
İnsanların özlərini cəmiyyət iyerarxiyasında necə gördüklərini və rəqiblərinə qarşı münasibətlərini ölçən araşdırmaya əsasən, Almaniya, İraq və Çin narsisizm səviyyəsinin ən yüksək olduğu ilk üç ölkədir. Bu ölkələri Nepal və Cənubi Koreya izləyir. Siyahının sonunda, yəni narsisizmin ən zəif müşahidə edildiyi ölkələr arasında isə Serbiya, İrlandiya və Britaniya yer alır. ABŞ bu siyahıda 16-cı pillədə qərarlaşıb.
Məlumatlar göstərir ki, bir ölkənin ümumi daxili məhsulu artdıqca, yəni cəmiyyət zənginləşdikcə, narsisizm meyilləri də yüksəlir. Lakin zənginlik yeganə amil deyil. Tədqiqatçılar "toplumçu" (kollektivist) mədəniyyətlərin də narsisizmi qidalandıra biləcəyini müəyyən ediblər. Adətən qrup harmoniyasına önəm verən bu cəmiyyətlərdə fərdi uğur bəzən qrupun nüfuzunu artırmaq vasitəsi kimi ön plana çıxarılır və bu da narsisistik xüsusiyyətləri gücləndirən faktora çevrilir.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri narsisizmin yaş və cinsiyyətlə bağlı dəyişməz təsiridir. Ölkədən və mədəniyyətdən asılı olmayaraq, kişilərin qadınlarla müqayisədə daha yüksək narsisistik meyllər nümayiş etdirdiyi müşahidə olunub. Mütəxəssislər bunu kişilərin sosial həyatda daha təşəbbüskar və rəqabətcil olmağa təşviq edilməsi, qadınların isə daha çox uyğunlaşan və münasibət quran rollarla əlaqələndirilməsi ilə izah edirlər.
Lakin ən "universal" nəticə yaş amili ilə bağlıdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq, gənclər yaşlı nəsillə müqayisədə daha narsisistik xüsusiyyətlər göstərir.
Araşdırmanın müəlliflərindən biri olan dosent Uilyam Çopik bu vəziyyəti həyat təcrübəsinin korroziyaedici təsiri ilə əlaqələndirir. Onun sözlərinə görə, gənclər demək olar ki, hər yerdə özlərinə daha çox fokuslanır və özlərini olduqlarından daha üstün hesab edirlər. İllər keçdikcə həyat insanı daha təvazökar edir və bu proses dünyanın hər yerində oxşar şəkildə baş verir.
Nəticə etibarilə, narsisizm təkcə mədəni fenomen deyil, eyni zamanda insanın bioloji və sosial inkişafının bir parçası kimi ortaya çıxır. Cəmiyyətin toplumçu və ya fərdiyyətçi olmasından asılı olmayaraq, narsisizmin insan təbiətinin universal bir kölgəsi olduğu və həyat təcrübələri ilə zamanla formalaşdığı bir daha təsdiqlənib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1105 Tarix: 14 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0 Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 336 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir
Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə
10:30 155 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 241 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 139 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 301 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99