Azərbaycanda tonlarla yanacağı mənimsəyən vəzifəli şəxs HƏBS EDİLDİ
"Azərbaycan Dəmir Yolları" QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanov həbs ediliblər.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, rəsmi sənədlərə lokomotivlərin faktiki hərəkət etməməsinə və kifayət qədər yanacaq olmasına baxmayaraq, guya əlavə marşrutlar yerinə yetirilmiş kimi yalan məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında böyük həcmdə dizel yanacağı və yağ götürülərək satılıb, əldə olunan pul isə təqsirləndirilən şəxslər arasında bölünüb.
Müttəhimlərin qanunsuz əməlləri nəticəsində dövlət qurumuna 107 000 manat ziyan dəyib. İbtidai və məhkəmə istintaqı vaxtı 58 yaşlı E.Sadıqov və 34 yaşlı F.Soltanov azadlıqda olublar. Onlara dəymiş ziyanı ödəmələri üçün şərait yaradılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan işdə müttəhimlər özlərini təqsirli biliblər. Eldəniz Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını mənimsədiyini etiraf edib, əməlindən utanc hissi keçirdiyini deyib.
Esmira Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda ittihamları tam sübuta yetirilmiş hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxslərin azadlıqda qalması mümkünsüzdür.
Hökmə əsasən, Eldəniz Sadıqov altı il, Famil Soltanov isə beş il altı ay müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub.
Bundan əlavə, dəymiş ziyanın qalan hissəsi - 31 837 manat təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 913 Tarix: 02 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖtən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb
Polis əməkdaşları tərəfindən ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursatlar aşkar edilərək götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 16 tüfəng, 6 patro
17:00 134 CNN: "ABŞ ordusunda süni intellekt xətası Çinlə az qala hərbi qarşıdurmaya səbəb olurdu"
ABŞ ordusunda bu ilin yazında, İranla müharibə zamanı yayılan kəşfiyyat hesabatı Çinlə ABŞ arasında az qala hərbi qarşıdurmaya səbəb olub. CNN-in əldə etdiyi məlumata görə, hesabatda Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia olunurdu. Məlumatın yayılmasında
09:20 305 Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
17:30 120 Mədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
12:03 278 Tramp Rusiya və İrana qarşı sanksiyaları genişləndirən yeni qanun imzalayıb
ABŞ Prezidenti Donald Tramp cümə günü mərhum senatorun adını daşıyan Lindsey O. Grahamın Rusiya və İrana qarşı sanksiyalar haqqında 2026-cı il Qanununu imzalayıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, qanun Rusiyanı hədəf alan sanksiyalar, tariflər və digər məhdudiyyətlər üçün qanunvericili
10:41 216 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
18:30 107 Sabahın havası açıqlandı
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
13:40 168 Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19:40 60 Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə
18.09.2026 324