Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb

Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıbYutub alqoritminin yeni istifadəçilərə tövsiyə etdiyi videoların təxminən 20 faizi baxış sayını süni şəkildə artırmaq məqsədi daşıyan, aşağı keyfiyyətli süni intellekt (AI) məzmunudur.

Bizim.Media xəbər verir ki, bu barədə "Kapwing" şirkətinin araşdırmasında qeyd olunub.

Araşdırma çərçivəsində dünyanın müxtəlif ölkələrindən 15 min məşhur yutub kanalı təhlil edilib.

Məlum olub ki, onlardan 278 kanal tamamilə bu cür AI tərəfindən yaradılmış məzmundan ibarətdir. Bu kanallar ümumilikdə 63 milyarddan çox baxış, 221 milyon abunəçi toplayıb və illik təxminən 117 milyon dollar gəlir əldə edir.

Yeni açılmış bir yutub hesabı ilə aparılan eksperiment də problemin miqyasını təsdiqləyib.

Tövsiyə olunan ilk 500 videodan 104-ü süni intellektlə yaradılıb. Ümumilikdə isə lentdəki məzmunun təxminən üçdə biri yalnız diqqəti cəlb edib monetizasiya etmək üçün hazırlanmış aşağı keyfiyyətli videolardan ibarət olub.

Bu fenomen qlobal xarakter daşıyır. Məsələn, İspaniyada bu tip kanallara təxminən 20 milyon nəfər (ölkə əhalisinin demək olar ki, yarısı) abunədir. Sonrakı yerlərdə Misir (18 milyon), ABŞ (14,5 milyon) və Braziliya (13,5 milyon) qərarlaşıb.

Ən diqqətçəkən nümunələrdən biri Hindistana aid "Bandar Apna Dost" kanalıdır. Burada meymunun absurd macəraları nümayiş etdirilir və kanal 2,4 milyard baxış toplayıb.

Digər nümunə isə Pakistana məxsus "The AIl World" kanalıdır (1,3 milyard baxış), burada rahatladıcı musiqi altında süni intellektlə hazırlanmış daşqın videoları paylaşılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 570   Tarix: 02 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əl yazısı beyin problemlərini göstərə bilər: Araşdırmanın NƏTİCƏLƏRİ

Unutqanlıq, diqqətin cəmlənməsində çətinlik və nitq pozuntuları adətən idrak funksiyalarının zəifləməsinin ilk əlamətləri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin araşdırması insanın əl yazısının da beynin necə qocalması barədə məlumat verə biləcəyini hesab edirlər. Araşdırmanı

02.07.2026 199
.

Dünyanın ən təmiz çimərlikləri haradadır? (SİYAHI)

İspaniya ardıcıl ikinci il "Blue Flag" ("Mavi bayraq") ekoloji sertifikatına layiq görülən çimərliklərin sayına görə dünya lideri olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb. "Blue Flag" sertifikatı yalnız təmiz suya v

02.07.2026 126
.

Dəniz niyə hər il can alır? - "Qaydaları pozanlar cərimələnsin"

Qış fəslində dəm qazları can aldığı kimi yayda bu yeri çimərliklər tutur. Hər il onlarla insan dənizdə, göldə, çayda, arxda və kanallarda boğulur, dünyasını dəyişir. Bəs görəsən, bu faciələrin sayı niyə azalmır? Boğulmanın əsas səbəbləri nədir? Ümumiyyətlə, bu halların qarşısını almaq üçün hansı qabaqlayıc

02.07.2026 185
.

Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib

Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat

02.07.2026 167
.

Rusiya üçün böyük problem: Yanacağın çatdırılması...

Moskvanı yanacaqla şəhərin özündə, eləcə də Ryazan, Nijni Novqorod və Yaroslavl vilayətlərində yerləşən dörd neft emalı zavodu təmin edir. Ukrayna hücumları nəticəsində isə həmin dörd zavodun hamısı zədələnib. xəbər verir ki, bu barədə "Vajnıe İstorii" məlumat yayıb. "Hazırda enerji şirkətlər

02.07.2026 172
.

Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

02.07.2026 226
.

"Bizim dünya səviyyəli oyunçumuz yoxdur" - Kroos Almaniya millisini darmadağın etdi

"Real", "Bavariya" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi sözlərini cilovlamayıb və Bundestimin Dünya çempionatını niyə erkən tərk etdiyini dürüst şəkildə izah edib:. "Hazırda dünya səviyyəli bir dənə də olsun oyunçumuz yoxdur. Bəli, dünya səviyyəli potensiala malik oyunçularımı

02.07.2026 253
.

Valideynlərin əsas sualı: Telefon olmadan övladımız nə dərəcədə təhlükəsizdir?

"Məktəblərdə mobil telefonlardan istifadənin qadağan olunması təhsil mühitinin sağlamlaşdırılması istiqamətində atılmış cəsarətli addım kimi qiymətləndirilə bilər. Lakin bu qərarın təhlükəsizlik aspekti tam şəkildə təmin olunmadıqda, həm valideynlər, həm də cəmiyyət üçün ciddi narahatlıq doğurur"

02.07.2026 222
.

Nüvə silahına görə Konstitusiyasını dəyişir

Litva Prezidenti Qitanas Nauseda bəyan edib ki, ölkə konstitusiyasından nüvə silahının yerləşdirilməsinə qoyulan qadağa çıxarıla bilər. xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, "gələcəkdə yeni şəraitin yaranacağı təqdirdə" Vilnüsün heç bir məhdudiyyətlə qarşılaşmamas

02.07.2026 167
.

TOP MP3