İran-İsrail müharibəsi qapıda: 2026-da ilk hücumu kim edəcək?
İran-İsrail xəttində gərginliyin yenidən açıq müharibəyə çevrilməsi ehtimalı müzakirə mövzusu olaraq qalır. İsrailin baş naziri Benyamin Netanyahu İranın Fordo nüvə obyektinin məhv edilməsindən sonra Tehranın nüvə proqramını digər obyektlərdə bərpa etməyə çalışdığını bəyan edib. Bəs, İran-İsrail xəttində yenidən açıq müharibə ehtimalı nə qədər realdır?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Ağ Partiyasının sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, İran açıq şəkildə nüvə fəaliyyətini öz dövlət maraqları çərçivəsində apardığını bəyan edir və rəsmi olaraq nüvə silahı əldə etmək niyyətində olmadığını vurğulayır. Lakin onun sözlərinə görə, nüvə fəaliyyəti ilə məşğul olan istənilən ölkənin yekun hədəfinin silah əldə etmək olduğu beynəlxalq aləmdə hamıya məlumdur.
Tural Abbaslı qeyd edib ki, bu amil İsrailin mütəmadi olaraq İranı nüvə silahı istehsalında ittiham etməsi, onun ərazilərini bombalaması və ya təxribatlar həyata keçirməsi üçün əsas ola bilməz:
"İran-İsrail qarşıdurması mövcuddur və bu, 12 günlük müharibə zamanı pik həddə çatdı. Bütün dünya gördü ki, tərəflərin bəyan etdiyi kimi bir-birini tam məhv etmək ssenarisi reallaşmadı. Sonradan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə olundu."
Partiya sədri bildirib ki, daha sonra məlum oldu ki, obyektlərin vurulması müəyyən koordinasiya çərçivəsində baş verib və ABŞ bu prosesdən məlumatlı olub. Onun fikrincə, qarşıdurma istənilən anda yenidən alovlana bilər, lakin münaqişəni yalnız İranın nüvə silahı əldə etmək niyyəti ilə izah etmək doğru olmaz.
"Burada həm İran rejiminin daxili problemlərdən diqqəti yayındırmaq və öz mövqeyini qorumaq maraqları, həm də Netanyahunun siyasi vəziyyəti rol oynayır. Qəzzada aparılan hərbi əməliyyatlardan sonra İsraildə daxili siyasi durum o qədər də ürəkaçan deyil. Netanyahu üçün də ümumi düşmən obrazının formalaşması sərfəlidir," - deyə Abbaslı vurğulayıb.
Onun sözlərinə görə, məsələ təkcə İran-İsrail münasibətlərindən ibarət deyil, daha geniş geosiyasi maraqların toqquşmasıdır. Açıq müharibə ehtimalı qalmaqda davam etsə də, bunun yaxın zamanda baş verməsi real görünmür.
"Bu məsələdə qərarı yalnız İran və İsrail vermir. ABŞ-ın birbaşa rolu və təsiri var. Xüsusilə, Donald Trampın mövqeyi həlledici ola bilər. Ona görə də hazırkı mərhələdə gözləmə mövqeyi üstünlük təşkil edir," - Tural Abbaslı əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 898 Tarix: 01 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏl yazısı beyin problemlərini göstərə bilər: Araşdırmanın NƏTİCƏLƏRİ
Unutqanlıq, diqqətin cəmlənməsində çətinlik və nitq pozuntuları adətən idrak funksiyalarının zəifləməsinin ilk əlamətləri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin araşdırması insanın əl yazısının da beynin necə qocalması barədə məlumat verə biləcəyini hesab edirlər. Araşdırmanı
02.07.2026 199 Dünyanın ən təmiz çimərlikləri haradadır? (SİYAHI)
İspaniya ardıcıl ikinci il "Blue Flag" ("Mavi bayraq") ekoloji sertifikatına layiq görülən çimərliklərin sayına görə dünya lideri olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb. "Blue Flag" sertifikatı yalnız təmiz suya v
02.07.2026 126 Dəniz niyə hər il can alır? - "Qaydaları pozanlar cərimələnsin"
Qış fəslində dəm qazları can aldığı kimi yayda bu yeri çimərliklər tutur. Hər il onlarla insan dənizdə, göldə, çayda, arxda və kanallarda boğulur, dünyasını dəyişir. Bəs görəsən, bu faciələrin sayı niyə azalmır? Boğulmanın əsas səbəbləri nədir? Ümumiyyətlə, bu halların qarşısını almaq üçün hansı qabaqlayıc
02.07.2026 185 Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib
Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat
02.07.2026 167 Rusiya üçün böyük problem: Yanacağın çatdırılması...
Moskvanı yanacaqla şəhərin özündə, eləcə də Ryazan, Nijni Novqorod və Yaroslavl vilayətlərində yerləşən dörd neft emalı zavodu təmin edir. Ukrayna hücumları nəticəsində isə həmin dörd zavodun hamısı zədələnib. xəbər verir ki, bu barədə "Vajnıe İstorii" məlumat yayıb. "Hazırda enerji şirkətlər
02.07.2026 172 Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidləri
02.07.2026 226 "Bizim dünya səviyyəli oyunçumuz yoxdur" - Kroos Almaniya millisini darmadağın etdi
"Real", "Bavariya" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi sözlərini cilovlamayıb və Bundestimin Dünya çempionatını niyə erkən tərk etdiyini dürüst şəkildə izah edib:. "Hazırda dünya səviyyəli bir dənə də olsun oyunçumuz yoxdur. Bəli, dünya səviyyəli potensiala malik oyunçularımı
02.07.2026 253 Valideynlərin əsas sualı: Telefon olmadan övladımız nə dərəcədə təhlükəsizdir?
"Məktəblərdə mobil telefonlardan istifadənin qadağan olunması təhsil mühitinin sağlamlaşdırılması istiqamətində atılmış cəsarətli addım kimi qiymətləndirilə bilər. Lakin bu qərarın təhlükəsizlik aspekti tam şəkildə təmin olunmadıqda, həm valideynlər, həm də cəmiyyət üçün ciddi narahatlıq doğurur"
02.07.2026 222 Nüvə silahına görə Konstitusiyasını dəyişir
Litva Prezidenti Qitanas Nauseda bəyan edib ki, ölkə konstitusiyasından nüvə silahının yerləşdirilməsinə qoyulan qadağa çıxarıla bilər. xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, "gələcəkdə yeni şəraitin yaranacağı təqdirdə" Vilnüsün heç bir məhdudiyyətlə qarşılaşmamas
02.07.2026 167