"Kristal"ın "Park Yasamal" layihəsindən mənzil alan vətəndaş evinə buraxılmır
"Kristal" şirkətinin "Park Yasamal" layihəsində qoçu dəstəsi fəaliyyət göstərir, oradan mənzil alan vətəndaşlara qarşı kobud davranırlar.
AFN.az xəbər verir ki, bu barədə həmin yaşayış kompleksindən mənzil alan Mirqasımov Nicat bildirib. Vətəndaş mənzilin deyilən vaxta hazır olmadığını deyir: "2024-cü ilin mayında ilkin ödəniş edib mənzil almışam. Mənə deyilib ki, mənzil tam təmirli formada 2025-ci ilin 3-cü rübündə təqdim ediləcək. Lakin həmin vaxtda çatmadı, dedilər dekabra çatacaq, o da olmadı, deyirlər çatdıra bilmirik. Belə başa düşürəm ki, heç 2026-nın yanvarına da alınmayacaq. Çünki mənzilə baxış keçirməyə, işlərin hansı mərhələdə olduğunu öyrənməyə imkan vermirlər".
N.Mirqasımovun sözlərinə görə, təxminən 1 ay əvvəl mənzilinə baxmaq üçün kompleksə yaxınlaşsa da, ona icazə verməyiblər: "İçəri girmək üçün satış ofisinə yaxınlaşıb kağız almaq lazımdır. Mən yaxınlaşanda nahar vaxtına düşmüşdü, dedilər gözlə, gözləməyə başladım. Amma gördüm ki, başqa insanlar gəlir mühafizə ilə öpüşüb-görüşür keçir içəri, nə kağız alırlar, nə başlarına kaska taxırlar, hətta yanlarında uşaq olanlar da vardı, mən çəkmişəm görüntüləri. Belə olanda mən də keçdim içəri, Anar, Yaşar, Elnur adlı 3 nəfər yaxınlaşdılar, dedilər gedək kaska verək. Təhlükəsizlik otağına gələndə isə kaska verməkdən imtina etdilər. Onların kobudluğuna cavab olaraq mən də etiraz edib içəri girdim. Bundan sonra aranızda mübahisə yarandı. Dedim mənzil mənimdir, girib baxmağa icazə verilməlidir, hamıya eyni münasibət göstərilməlidir. Anar adlı şəxs dedi ki, mənzil sənin deyil, bina bütünlükdə mənimdir, sən burada heç kimsən. Guya onları təhqir etmişəm deyib polisə müraciət etdilər, polis də araşdırdı gördü ki, məndə günah yoxdur".
N.Mirqasımov dünən təzədən mənzilinə baxış keçirmək üçün şirkətə yaxınlaşsa da, bu dəfə də ona icazə verilməyib: "Bu gün (dünən-red.) yenidən mənzilimə baxış keçirməyə getdim. Mənə dedilər ki, siz burda problem yaratmısız, rəhbərlik tərəfindən sizin evə girməyinizə qadağa qoyulub. Təsəvvür edin, hazırda ipoteka ödəyirəm o mənzilə, amma qadağa qoyulub girə bilmirəm. Rəhbərlik deyə Yaşar adlı bir nəfərin nömrəsini veriblər, o da deyir mən rəhbər deyiləm, yığma məni. Soruşuram ki, rəhbər kimdir? Cavab verir ki, bilmirəm, get, tap. Bir rəhbər işçi, bir başbilən yoxdur bunların içində, ancaq sakini alçaldıb artıq əskik hərəkət edirlər. Qoçu dəstəsi yığıblar ora".
Şikayətçinin qeyd etdiyi Yaşar adlı şəxs AFN.az-a açıqlamasında bildirdi ki, orada layihə rəhbərinin müavini vəzifəsində çalışır: "Bizdə mənzillərə buraxılış icazə kağızı ilədir. Mənzil alan vətəndaşlar yaxınlaşırlar satış ofisinə, ordan buraxılış kağızı alırlar, o kağız mühafizə xidmətinə təqdim olunur, oradan vətəndaşa kaska verilir, sonra mənzilə baxmağa gedir. Həmin sakin də keçən dəfə nahar vaxtı gəlib buraxılışsız əraziyə daxil olub, biz də onu qaydaya uyğun olaraq çıxartmışıq, ona görə də mənzilə buraxılmır. Mənzilin təhvil verilmə vaxtına gəldikdə, vətəndaşın müqaviləsində bu öz əksini tapıb".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 621 Tarix: 28 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995