Vuçiç Serbiyada tezliklə PUA istehsalına başlanacağını bildirib
Serbiya Prezidenti Aleksandar Vuçiç qlobal gərginliyin artması və milli təhlükəsizliyin gücləndirilməsi zərurəti ilə bağlı ölkədə 2026-cı ilin yazında pilotsuz uçuş aparatlarının (PUA) böyük istehsalına başlanacağını bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, Vuçiç bunu Serbiya Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin Baş Qərargahının yeni kompleksinin təməlqoyma mərasimində jurnalistlərə bildirib.
Prezident qeyd edib ki, hazırda Serbiyanın kifayət qədər pilotsuz aparatları var, lakin Belqrad onların sayını artırmağa davam edəcək.
"Mart ayının sonunda (2026-cı il - red.) ölkəmizdə böyük dron istehsalı zavodunun açılışını gözləyirəm. Söhbət xarici dövlətlə birlikdə hazırladığımız yüksək texnologiyalı pilotsuz aparatlardan gedir. İstehsal burada, Serbiyada təşkil olunacaq", - Vuçiç qeyd edib.
Serbiya lideri dünyadakı gərgin vəziyyətdən, o cümlədən Rusiya-Ukrayna müharibəsi və Avropa ilə Rusiya arasındakı münasibətlərdən narahatlığını ifadə edib. Prezidentin sözlərinə görə, sülhün qorunması Serbiya üçün əsas prioritet olaraq qalır, lakin ölkə istənilən çağırışlara hazır olmalıdır.
"Ətrafımızdakı vəziyyəti nəzərə alaraq Serbiya və xalqına qarşı hücum ehtimalını istisna edə bilmərik. Biz sayıq, güclü olmalı və bizi qəflətən yaxalanmağa imkan verməməliyik", - o vurğulayıb.
Prezident qeyd edib ki, Belqrad "bu gücü çəkindirici amil kimi gücləndirmək" üçün ordu və müdafiə sisteminin sürətləndirilmiş şəkildə inkişafını davam etdirəcək.
"Yaxın zamanda çox az ölkənin malik olduğu dərinlik və atəş gücü ilə müqayisə oluna bilən çoxsəviyyəli hava hücumundan müdafiə sistemi ilə təmin olunduğumuzu deyə biləcəyik", - Serbiya lideri əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 506 Tarix: 28 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Rusiya və İrana qarşı sanksiyaları genişləndirən yeni qanun imzalayıb
ABŞ Prezidenti Donald Tramp cümə günü mərhum senatorun adını daşıyan Lindsey O. Grahamın Rusiya və İrana qarşı sanksiyalar haqqında 2026-cı il Qanununu imzalayıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, qanun Rusiyanı hədəf alan sanksiyalar, tariflər və digər məhdudiyyətlər üçün qanunvericili
10:41 203 Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Azərbaycan Alban-Udi xristian dini icması ölkəmizdəki diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:. Bir olan Yaradanımızı
18.09.2026 206 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
14:20 191 Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)
Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində
18.09.2026 271 Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu
Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilini
18.09.2026 232 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, müntəzəm və ekspre
16:10 35 Bu ölkə Rusiya ilə "savaşa" hazırlaşır - Qaçış planı
Litva Rusiya ilə müharibəyə hazırlaşır. xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb. Məlumata görə, Litva hakimiyyət orqanları hərbi təhlükə yaranacağı təqdirdə ölkə sakinlərinin Polşaya təxliyə edilməsi planını hazırlayıb:. "Plana əsasən, təxliyə proseduru və ardıcıllığı təhlükənin yerində
18.09.2026 283 Uzun illər sonra efirə qayıdır
Müğənni Elnarə Xəlilovanın həyat yoldaşı, hərbi jurnalist Rövşən Cahangirov uzun fasilədən sonra efirə qayıdır. Axşam.az-ın əldə etdiyi məlumata görə, Rövşən Cahangirov ARB TV-də efirə çıxacaq. Onun hansı verilişlə efirə qayıdacağı hələ açıqlanmayıb. Qeyd edək ki, R.Cahangirov illər əvvəl Lider TV-d
11:43 231 Sağlamlığımız üçün əsas təhlükəli məhsul: ucuzdur, həm də...
Həkimlər orqanizm üçün ciddi təhlükə yarada bilən məhsulun adını açıqlayıblar. Mütəxəssislərin fikrincə, onun ucuz və asan əldə olunması problemi daha da ağırlaşdırır. xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, şəkərli qazlı içkilərin həddindən artıq istehlak
18.09.2026 251