Azərbaycanda içməli su təchizatı xidmətlərinə görə ən yaxşı və ən pis regionlar açıqlanıb
Azərbaycanda təhlükəsiz içməli su təchizatı xidmətlərindən istifadə edən əhalinin xüsusi çəkisi 38.5 faiz təşkil edir.
Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici şəhər əhalisinin 54.4 faizi bu xidmətlərdən istifadə etdiyi halda, kənd əhalisi arasında göstərici cəmi 14.1 faizdir. Bu, şəhərlərlə kəndlər arasında təxminən dörd dəfə fərq olduğunu göstərir.
İqtisadi rayonlar üzrə göstəricilər də su təchizatı sahəsində regional bərabərsizliyi açıq şəkildə üzə çıxarır. Ən yüksək göstərici Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb - 71.5 faiz. Bakı şəhərində isə əhalinin 69.2 faizi təhlükəsiz içməli su xidmətlərindən istifadə edir.
Bununla yanaşı, bir sıra iqtisadi rayonlarda göstəricilər kəskin aşağı səviyyədədir. Belə ki, Mil-Muğan iqtisadi rayonunda bu göstərici cəmi 8.5 faiz, Qazax-Tovuz iqtisadi rayonunda 13.6 faiz, Mərkəzi Aran iqtisadi rayonunda isə 16.9 faiz təşkil edir.
Aşağı səviyyə ilə seçilən digər iqtisadi rayonlar bunlardır: Dağlıq Şirvan - 17 faiz, Qarabağ - 17 faiz, Lənkəran-Astara - 18.2 faiz, Gəncə-Daşkəsən - 20 faiz
Nisbətən daha yaxşı vəziyyət Quba-Xaçmaz (24.4 faiz), Şirvan-Salyan (23.2 faiz), Şəki-Zaqatala (21.1 faiz) və Naxçıvan Muxtar Respublikasında (21.3 faiz) müşahidə olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 609 Tarix: 27 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995