AYNA-nın cavabdeh olduğu problemlə bağlı ittihamlara Baku TV-dən reaksiya

AYNA-nın cavabdeh olduğu problemlə bağlı ittihamlara Baku TV-dən reaksiyaBaku TV-nin ötən həftə 120E marşrut xətti ilə bağlı vətəndaşların müraciəti əsasında hazırladığı süjet faktiki problemi çılpaqlığı ilə ortaya çıxarıb.

Bundan sonra aidiyyəti qurum olan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) problemi həll etmək əvəzinə guya araşdırma edərək kanalın əməkdaşlarının hazırladığı süjeti qərəzli olmaqda ittiham edən videoçarx hazırlayaraq öz rəsmi sosial media hesablarında paylaşıb.

Sözügedən paylaşımın altındakı şərhlər də hər şeyi açıq şəkildə göstərir, vətəndaşlar qurumu işi düzgün qura bilməməkdə günahlandırırlar.

AYNA tərəfindən ortaya qoyulan qeyri-konstruktiv yanaşmaya telekanal cavab verib:

"İctimai nəqliyyatda sərnişin sıxlığı, təhlükəsizlik və xidmət keyfiyyəti ilə bağlı yayımlanan süjetimizlə bağlı səslənən iddialara münasibət bildiririk. Birincisi, yayımlanan material tam olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hazırlanıb və heç bir hüquqi norma pozulmayıb. "Media haqqında" Qanunun 14.1-ci maddəsi açıq şəkildə bildirir ki, Kütləvi İnformasiya Vasitələri ictimai əhəmiyyətli məsələlər üzrə məlumat yaymaq hüququna malikdir.

Həmin maddənin 14.1.7-ci bəndinə görə isə mübahisəli məsələlərdə fərqli tərəflərin mövqeyi balanslı şəkildə təqdim edilməlidir.

Süjetimizdə həm sərnişinlərin mövqeyi, həm də daşıyıcı qurumun açıqlaması təqdim olunub. Bu isə balans prinsipinin tam təmin olunduğunu göstərir.

"Media haqqında" Qanunun 20-ci maddəsi yayımlanan informasiyanın dəqiq və əsaslandırılmış olmasını tələb edir. Süjetimiz real görüntülər, faktiki vəziyyət və rəsmi açıqlamalara əsaslanır. Heç bir manipulyasiya və ya subyektiv yanaşma yoxdur. "İnformasiya, informasiyalaşdırma və informasiya təminatı haqqında" Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşların və Kütləvi İnformasiya Vasitələrinin ictimai maraq doğuran mövzularda informasiya almaq və yaymaq hüququ var. Şəhərdaxili nəqliyyat, sərnişin hüquqları və təhlükəsizlik ictimai maraq mövzusudur və bu mövzuların işıqlandırılması media öhdəliyidir.

Nəticə olaraq yayımlanan material qanuna tam uyğun hazırlanıb, obyektiv və balanslıdır. Faktlara əsaslanır, ictimai marağı təmin edir.

Bu səbəbdən süjetin "qərəzli" adlandırılması üçün hüquqi və məntiqi əsas mövcud deyil. Pik saatlarda interval məsələsinə peşəkar yanaşma tələb olunur.

Bu məsələ emosional yox, peşəkar və məsuliyyətli yanaşma tələb edir. Beynəlxalq şəhər nəqliyyatı standartlarına görə yüksək yüklənməli xətlərdə pik saatlarda avtobus intervalları 2-7 dəqiqə, bəzi hallarda isə maksimum 10 dəqiqə olmalıdır.

15 dəqiqəlik interval yalnız zəif yüklənən marşrutlar üçün qəbul edilir və pik saat üçün qəbuledilməz hesab olunur. Bu yanaşma sərnişin təhlükəsizliyi, xidmət keyfiyyəti, ictimai marağın qorunması prinsiplərinə əsaslanır.

Bu səbəbdən bildiririk ki, pik saatlarda intervalların azaldılması vətəndaşlara edilən lütf deyil, xidmət öhdəliyidir. Bu, təhlükəsizlik və sərnişin hüquqlarının qorunmasının ayrılmaz hissəsidir.

Hazırkı vəziyyətdə 15 dəqiqəlik intervalın saxlanılması problemi həll etmək yox, ötüşdürmək deməkdir. Əlavə olaraq bildiririk ki, Baku TV ictimai məsuliyyətin öhdəliyi olaraq açıq müzakirəyə hər zaman hazırdır.

Bu səbəbdən istənilən vaxt mütəxəssislərin iştirakı ilə mövzunun peşəkar təhlili üçün canlı yayım təşkil etməyə hazırıq və AYNA-nın nümayəndələrini də həmin müzakirədə fəal iştirak etməyə dəvət edirik".

Ətraflı videomaterialda:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 617   Tarix: 26 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...

Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət

10:50 193
.

Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi

Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb

14:00 0
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

19:00 0
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

16:10 0
.