Ukrayna Almaniyadan daha bir IRIS-T hava müdafiə sistemi alıb

Ukrayna Almaniyadan daha bir IRIS-T hava müdafiə sistemi alıbAlmaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə raket kompleksinin növbəti - sayca doqquzuncu qurğusunu göndərib. Bu, Ukraynanın hava məkanının qorunması məqsədilə Avropa ölkələri tərəfindən göstərilən hərbi dəstəyin davam etdiyini göstərir.

BiG.AZ Le Parisien qəzetinə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, IRIS-T sistemi yüksək dəqiqliyi və manevr imkanları ilə seçilir. Kompleks eyni anda müxtəlif tip hava hədəflərini, o cümlədən döyüş təyyarələrini, helikopterləri, pilotsuz uçuş aparatlarını və qanadlı raketləri aşkar edib məhv edə bilir.

Sistemdə istifadə olunan infraqırmızı başlıqlı raketlər hədəfləri yüksək dəqiqliklə izləyir, qarşıdan gələn və ya qaçan obyektləri vurmaq qabiliyyətinə malikdir. Bu xüsusiyyətlər IRIS-T-ni müasir hava hücumlarından müdafiə baxımından effektiv vasitəyə çevirir.

Hazırda Ukraynada IRIS-T-nin iki modifikasiyası tətbiq olunur. Qısa mənzilli SLS versiyası 12 kilometrədək məsafədə və 8 kilometr hündürlükdə, orta mənzilli SLM versiyası isə 40 kilometrədək məsafədə və 20 kilometrədək hündürlükdə hava hədəflərini məhv etmək imkanına malikdir.

Qeyd edək ki, IRIS-T hava hücumundan müdafiə kompleksi Almaniyanın "Diehl Defense" şirkəti tərəfindən istehsal olunur və yüksək texnoloji göstəricilərinə görə bir sıra ölkələrin silahlanmasında yer alır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 26 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Azərbaycan Alban-Udi xristian dini icması ölkəmizdəki diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:. Bir olan Yaradanımızı

18.09.2026 204
.

Bu ölkə Rusiya ilə "savaşa" hazırlaşır - Qaçış planı

Litva Rusiya ilə müharibəyə hazırlaşır. xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb. Məlumata görə, Litva hakimiyyət orqanları hərbi təhlükə yaranacağı təqdirdə ölkə sakinlərinin Polşaya təxliyə edilməsi planını hazırlayıb:. "Plana əsasən, təxliyə proseduru və ardıcıllığı təhlükənin yerində

18.09.2026 274
.

Süni intellekt kinonu əvəz edəcək? - Gələcəyin ssenarisi açıqlandı

Süni intellektin kino sənayesində getdikcə daha geniş istifadə olunması ənənəvi kinematoqrafiyanın gələcəyi ilə bağlı müzakirələri artırıb. Mütəxəssislər hesab edirlər ki, AI əsaslı filmlər klassik kinonu tamamilə əvəz etməyəcək, lakin sektorda yeni və daha sürətli istehsal formatlarının yaranmasın

18.09.2026 213
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

14:23 61
.

Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 1

13:41 76
.

Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara

11:01 298
.

Kişi hamilə arvadını döyüb öldürdü

Türkiyədə kişi hamilə arvadını öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Osmaniye vilayətinin Kadirli rayonunda baş verib. K.F. yaşadıqları evdə iki uşaq anası və 6 aylıq hamilə olan 20 yaşlı arvadı Didar F-lə mübahisə edib. Mübahisə zamanı kişi arvadını döyüb. Nəticədə qadın aldığı xəsarətlərdə

18.09.2026 300
.

"Kontakt Home"dan aldığı bütün əşyalar xarab çıxdı - Şikayət

Son bir il ərzində "Kontakt Home"dan aldığım məhsullarla bağlı dəfələrlə ciddi problemlərlə üzləşmişəm və artıq bunu ictimai şəkildə paylaşmaq qərarına gəldim. Demək olar ki, aldığım məhsulların bir çoxunda qısa müddət ərzində nasazlıq yaranıb. xəbər verir ki, bu barədə Feysbukun şikayət səhifəsind

18.09.2026 325
.

Rusiya-Ukrayna müharibəsində gərginlik artır: qarşılıqlı zərbələr davam edir

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları və diplomatik səylər fonunda gərginlik davam edir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə dron və raket zərbələri endirib. Kiyev və ətraf ərazilərə hücumlar nəticəsində azı 19 nəfərin, o cümlədə

18.09.2026 315
.