Suriyada "muxtariyyət" dövrü başlayır? SDF ilə Dəməşq arasında tarixi razılaşma

Suriyada "muxtariyyət" dövrü başlayır? SDF ilə Dəməşq arasında tarixi razılaşma"Dəməşq hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDF) arasında əldə edilən razılaşma region üçün mühüm dönüş nöqtəsidir. İlk baxışda SDF-nin mərkəzi hakimiyyətə inteqrasiyası kimi görünən saziş, əslində onlara faktiki muxtariyyət verir və Suriyanın indiyədək mərkəzçi idarəçilik modelində ciddi qırılma yaradır".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, razılaşmaya əsasən, SDF-nin üç diviziyası Məzlum Əbdinin nəzarətində qalır və Dəməşqin gündəlik müdaxiləsi yoxdur; komandir təyinatlarına qarışa bilməməsi faktiki paralel hərbi strukturun legitimliyini göstərir:

"Eyni zamanda SDF-ə bölgədə tam inzibati səlahiyyət verilir və dövlət məmurlarının təyinatı onların nəzarətindədir ki, bu da İraq Kürdüstanında Ərbilin bürokratiya modelinə bənzəyir. Həbsxana və təhlükəsizlik məsələləri, həmçinin neft yataqlarının mühafizəsi SDF-də qalır, beləliklə resurs və təhlükəsizlik üzərində real nəzarət muxtar qurumun əlində olur. SDF-nin beynəlxalq əlaqələrinin qadağan olunması ilk baxışda mərkəzi hakimiyyətin gücləndiyi görüntüsü yaratsa da, ABŞ və Avropa zəmanəti altında beynəlxalq müqavilələr faktiki olaraq SDF-nin statusunu gücləndirir. Nəticədə, razılaşma adı muxtariyyət olmasa da, hərbi, inzibati, təhlükəsizlik və iqtisadi səlahiyyətlərin SDF-nin nəzarətində cəmlənməsi ilə faktiki muxtariyyət yaradır və İraq Kürd Regional Hökumətinə paralel bir model ortaya qoyur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 137   Tarix: 26 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yaprak Dökümü"nün "Hayriye"si tanınmaz halda

"Yaprak Dökümü" serialının "Hayriye"si Güven Hoknanın sosial şəbəkədə paylaşdığı foto ilə diqqət çəkib. OLAY yazır ki, 79 yaşlı Hoknanın paylaşdığı fotoya verdiyi effect onu yaşından olduqca gənc göstərib. İzləyiciləri onu tanımadıqlarını, effektdən həddindən artıq çox istifadə etdiyin

12:26 334
.

Suriyada ABŞ ilə birgə mühüm əməliyyat! İŞİD terror təşkilatına ağır zərbə vuruldu

Suriya təhlükəsizlik qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birlikdə Dəməşq kəndində keçirilən əməliyyatda İŞİD terror təşkilatının yüksək rütbəli lideri Məhəmməd Şahadanın öldürüldüyünü açıqlayıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Suriya təhlükəsizlik və kəşfiyyat qüvvələr

10:38 224
.

Avropa Birliyi Azad Avropa/Azadlıq Radiosuna 50 milyon avro ayırıb

Avropa Birliyi Azad Avropa/Azadlıq Radiosunun fəaliyyətinin dəstəklənməsi üçün 50 milyon avro ayırıb. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, məlumatda bildirilir ki, bu maliyyə dəstəyi radiosunun müstəqil xəbərlər yayması və regionda informasiya azadlığının təmin olunması məqsədilə istifadə olunacaq

16:21 69
.

İsrail SEPAH terror təşkilatının yüksək rütbəli komandirini öldürüb

İsrail Müdafiə Ordusu Livan ərazisində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirini öldürdüyünü açıqlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İsrail ordusunun və daxili təhlükəsizlik xidməti ŞABAK-ın birgə yaydığı məlumata görə, əməliyyat nəticəsində SEPAH-ı

09:59 207
.

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib

12:07 157
.

Yeni proqramlar təhsildə "yaddaşdan bacarığa" keçidi təmin edir

"Yeni tədris proqramlarının hazırlanması" ətrafında aparılan müzakirələrdə əsas məsələ proqramların adının dəyişməsi yox, təhsilin məzmununun və funksiyasının yenilənməsidir. Bu dəyişikliklər son illər Elm və Təhsil Nazirliyi tərəfindən aparılan sistemli islahatların məntiqi davamıdır. "Təhsi

15:26 101
.

Lotereyanın şanslı qalibi "Zeekr 001"-in açarını təhvil aldı!

xəbər verir ki, Bakcell-in meqa lotereyasında 12-ci avtomobil qalibi məlum olub. Həftəlik tirajın nəticələrinə görə növbəti "Zeekr 001" qalibi Bahadur Səmədov olub. 31 dekabra qədər davam edəcək lotereyada daha 1 "Zeekr 001" avtomobili öz şanslı sahibini tapacaq. Meqa hədiyyəyə is

15:30 104
.

"Elektron siqaret məni xərçəng xəstəsi etdi"

Məşhur türkiyəli müğənni Ajda Pekkanın bacısı Semiramis Pekkan xərçəngdən əziyyət çəkdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, yutub kanallarından birinə açıqlama verən Pekkan sentyabrdan bəri onkoloji xəstəlikdən əziyyət çəkdiyini deyib. O bildirib ki, müalicə dövrü heç də asan deyil. Pekkan əlav

11:33 252
.

Bütün dünya 5G-ə keçdi, biz niyə hələ gözləyirik? - İKT EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində 5G artıq gündəlik həyatın bir parçasıdır - sürətli internet, ağıllı texnologiyalar və rəqəmsal xidmətlər insanların əlindədir. Bəs Azərbaycanda niyə hələ də bu şəbəkəni görmürük? Operatorlər texniki çətinlikləri göstərsə də, adi istifadəçilər və biznes sektoru üçün gecikm

11:28 209
.

TOP MP3