J2-8243 reysi: faciənin üzərindən bir il
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli təyyarənin Qazaxıstanın Aktau şəhərindən təxminən 3 kilometr aralıda qəzaya uğramasından bir il ötür.
Qəza nəticəsində təyyarənin kapitanı İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva da daxil olmaqla 38 nəfər həlak olub. Digər iki bələdçi - Zülfüqar Əsədov və Aydan Rəhimli ilə yanaşı 29 nəfər yaralanıb. Qəza zamanı təyyarənin göyərtəsində ümumilikdə 67 nəfər olub".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, ilkin araşdırmaların nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyaya məxsus "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə sıradan çıxıb. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radar nəzarətindən itib:
"Qəza xəbəri yayıldıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda keçiriləcək MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya etdiyi səfəri yarımçıq qoyaraq Bakıya qayıdıb. Dövlət başçısı Bakıya dönən kimi hava limanında hadisə ilə bağlı müşavirə keçirib.
Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması məqsədilə Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Elə həmin gün dövlət başçısı 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan olunması ilə bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə qəza nəticəsində həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Dövlət başçısı onların vida mərasimində iştirak edib. Sağ qalan ekipaj üzvləri isə I dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar.
2025-ci il oktyabrın 9-da Düşənbə şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Görüş zamanı Rusiya Prezidenti istintaqın başa çatmaq üzrə olduğunu bildirərək kompensasiya məsələləri ilə bağlı Rusiya tərəfinin üzərinə düşən bütün addımların atılacağını və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini qeyd edib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 726 Tarix: 25 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
18:10 0 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0 Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video
Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini
00:44 272 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
16:10 0 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
18:00 0 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 447 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
18:20 0