31 Dekabr - Dünya azərbaycanlılarını birləşdirən gün

31 Dekabr - Dünya azərbaycanlılarını birləşdirən gün31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və günün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bayram kimi qeyd edir. Bu gün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin (MDB) digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu, ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Ulu Öndərin siyasi kursununundavamçısı Prezident İlham Əliyevin "Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm" kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi.Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Bu il isə 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq 5-ci dəfə ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd olunacaqdır.
Bayramınız mübarək, əziz Azərbaycanlılar!

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 25 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

18:10 0
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini

00:44 272
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

16:10 0
.

ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

18:00 0
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

18:20 0
.