Androiddə tətbiq keşini necə təmizləmək olar?

Androiddə tətbiq keşini necə təmizləmək olar?Android əməliyyat sistemli telefonlar müəyyən müddətdən sonra ləngiməyə, tətbiqləri daha gec açmağa başlaya bilər. Bunun əsas səbəblərindən biri sistemdə və tətbiqlərdə toplanan müvəqqəti fayllar keş məlumatlarıdır. Bu fayllar təkcə yaddaşı doldurmur, eyni zamanda cihazın ümumi performansını da zəiflədir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, keşin təmizlənməsi Android cihazın sürətini artırmağın ən sadə və təsirli yollarından biridir. Bu proses istehsalçıdan asılı olaraq bir qədər fərqlənsə də, ümumi addımlar eynidir.

Androiddə keş necə təmizlənir?

Əvvəlcə telefonunuzda Android üçün "Ayarlar" bölməsinə daxil olun. Daha sonra "Yaddaş" və ya "Saxlama" bölməsini açaraq "Tətbiqlər" hissəsinə keçin. Burada quraşdırılmış bütün proqramların siyahısı və yaddaşı ən çox istifadə edən tətbiqlər görünəcək. Adətən messencerlər, sosial şəbəkələr və brauzerlər bu siyahının başında olur.

Seçilmiş tətbiqin üzərinə daxil olub "Keşi təmizlə" düyməsini sıxmaq kifayətdir. "Yaddaşı təmizlə" seçimi ilə qarışdırmaq olmaz, çünki bu, tətbiqin bütün məlumatlarının silinməsinə səbəb ola bilər. Bu addımları ən "ağır" tətbiqlər üçün təkrarlamaq tövsiyə olunur.

Bəzi Android cihazlarda "Yaddaş" bölməsində avtomatik "Yer boşalt" funksiyası da mövcuddur. Bu zaman Google Files tətbiqi vasitəsilə lazımsız fayllar silinir. Bunun üçün "Files" tətbiqini açıb "Lazımsız faylları təmizlə" seçimini etmək kifayətdir.

Brauzer keşinin təmizlənməsi

Brauzerlər keşin ən çox toplandığı tətbiqlərdən biridir. Google Chrome, Edge, Brave və digər brauzerlərdə bu prosesi həyata keçirmək üçün brauzeri açmaq, sağ yuxarı küncdəki üç nöqtəyə toxunmaq, "Tarixçə" və ardından "Tarixçəni təmizlə" bölməsinə keçmək lazımdır. Burada vaxt aralığını "bütün müddət" olaraq seçib keşlənmiş faylları və şəkilləri işarələyərək silmək mümkündür.

Keşi nə qədər tez-tez təmizləmək lazımdır?

Mütəxəssislər cihazda yavaşlama və ya tətbiqlərdə nasazlıq hiss edildikdə keşin təmizlənməsini tövsiyə edirlər. Əksər istifadəçilər üçün bu prosesi üç-altı ayda bir dəfə etmək kifayətdir.

Qeyd olunur ki, keşin silinməsi yalnız yaddaşı boşaltmır, eyni zamanda tətbiqlərin düzgün işləməməsi ilə bağlı problemləri də aradan qaldıra bilər. Bu, sürətli diaqnostika və nasazlıqların həlli üçün effektiv üsul sayılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 747   Tarix: 24 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

19:30 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

18:20 0
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 0
.