Prezidentin Sərəncamı urbanizasiya çağırışlarına cavabdır

Prezidentin Sərəncamı urbanizasiya çağırışlarına cavabdır"Prezident İlham Əliyevin 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı imzaladığı Sərəncam ölkədə urbanizasiya ilə bağlı artan çağırışlara verilən strateji cavab kimi qiymətləndirilə bilər.

Azərbaycanda əhali artımı və sürətlənən urbanizasiya yeni infrastrukturun yaradılmasını zəruri edir. Paytaxt Bakının yükünün ildən-ilə artması regionların daha sistemli və balanslı inkişafını ön plana çıxarır. Bu baxımdan şəhərsalma artıq yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmamalı, nəqliyyat, ictimai məkanlar, sosial infrastruktur və ekoloji balans vahid konsepsiya çərçivəsində planlaşdırılmalıdır".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, son illərdə Bakıda və işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma meyarlarına əsaslanan layihələr icra olunur. 2026-cı ilin bu sahəyə həsr edilməsi yaşıl və ağıllı şəhər modellərinə keçidin dövlət siyasətinin prioritetinə çevrildiyini göstərir. Bu modellər ekoloji dayanıqlılığı təmin etməklə yanaşı, enerji istifadəsinin, nəqliyyatın və şəhər idarəçiliyinin daha səmərəli təşkilinə imkan yaradır:

"Xüsusi əhəmiyyət kəsb edən istiqamətlərdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu ərazilərdə ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqi iqtisadi canlanmanı sürətləndirəcək, əhalinin geri dönüşünü və sosial rifahın yüksəlməsini stimullaşdıracaq.

Eyni zamanda şəhərsalma prosesi tarixi-mədəni irsin qorunması ilə paralel aparılmalıdır. Şəhərlərin yenilənməsi tarixi irsin məhv edilməsi hesabına deyil, onun müasir şəhər mühiti ilə harmoniyalı şəkildə inteqrasiyası əsasında həyata keçirilməlidir.

Nəticə etibarilə, şəhərsalma sahəsində islahatlar kompleks yanaşma tələb edir. Planlaşdırma, ekoloji davamlılıq, ağıllı texnologiyalar və regional inkişaf vahid strategiya çərçivəsində həyata keçirilməlidir. 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu istiqamətdə dövlətin uzunmüddətli və sistemli yanaşmasının göstəricisidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 24 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

19:30 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

18:20 0
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 0
.