Şikayət mədəniyyəti niyə işləmir? - PSİXOLOQDAN AÇIQLAMA
İnsanların gündəlik həyatda üzləşdiyi problemlər az deyil, lakin bu problemlərə qarşı etiraz etmək meyli getdikcə zəifləyir. Ədalətsizliklə üzləşən, haqsız qərarlardan zərər görən və ya hüquqları pozulan vətəndaşların böyük hissəsi səsini çıxarmaqdansa susmağa üstünlük verir. Etirazın nəticə verməyəcəyinə dair formalaşmış inam, qorxu və laqeydlik zamanla davranış modelinə çevrilib. Bu susqunluq isə fərdi seçim olmaqdan çıxaraq cəmiyyətin ümumi problemlərindən birinə çevrilir.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, əvvəllər insanlar dövlətdən cəmiyyətdən şikayət edəndə həbs olunurdu. Onun sözlərinə görə, hətta kitablar, jurnallar senzuradan keçirilirdi: "Bir sözlə ölkə xaricdən demokratik status daşısa da, daxildən söz haqqı yox idi. Bu getdikcə insanların qəzəbinə səbəb olduğu üçün, metod dəyişdirildi. İstədiyin qədər danışa, şikayət edə bilərsən və yaza da bilərsən. Hərçənd bəzi mətbəələr hələ də, bəzi kitabları qəbul etmir. Qısa zaman içərisində diqqət etsəniz insanlara danışmaq haqqı veriləndən, insanlar danışmağa, problemləri işıqlandırmağa başladılar.
Hətta sosial şəbəkələr üzərindən şiddət, təcavüz, məişət və dövlət daxili digər problemlər danışılırdı, amma danışıldığı kimi də, havada qalırdı. İnsanlar danışmaqdan yoruldular, hətta təcavüz kimi ağır məsələlər də adiləşdi. İndi isə psixoloji yanaşma edək. İnsana danışmaq qadağası qoyulduqda nə baş verir? Emosional partlayış və bu xaos yaradır. Amma insana danışmağa icazə veriləndə, emosiyalar tədricən yavaşıyır, çünki düşünür ki, onu dinləyirlər. Və dəfələrlə səs çıxarıb artıq nəticə görməyəndə beyin belə öyrənir: "Danışmağın mənası yoxdur." Bu da, " Öyrənilmiş passivlik " adlanır. Ölkədə insan dəyərini aşağı görmək adiləşir, dözmək normal hala çevrilir. "Onsuzda hamı belə yaşayır, ya da hər yerdə belədir" neqativ düşüncəsi yaranır və problem problem kimi hiss olunmur, adi hala çevrilir, kollektiv ümidsizlik yaranır.
Hamı bir birini gözləyir, sonra gözləmək hissi də itir. Çünki, emosional yorğunluq yaranır. Əlbbətdə ki, bu təsadüfi davranış deyil. Bu, bir çox avtoritar sistemlərdə əsas şüurlu idarəetmə metodudur. Burada ən təhlükəli mərhələ, daxili senzuradır. Yəni, dövlət insanı susdurmur. İnsan öz-özünü susdurur. Bu da o deməkdir ki, dövlətin sistemi ən güclü nəzarətə keçib. Yəni, nəzarət insanın daxilinə keçib. Bu passivlik cəmiyyətdə yorğunluq, ümidsizlik, ironiya və lağlağını çoxaldır, dərin daxili qəzəb yaranır, amma xaricə çıxara bilmir. Emosiya yöndəmsiz efirlərə, sosial şəbəkə, seksual şoular, seks mövzuları, pornoqrafiya və əsəb yaradan mövzulara keçid edir. Yəni, qəzəb sistemə yox, insanlardan bir - birinə, gündəlik həyata keçid edir. Buna deyilir " Danış, amma dəyişdirməyə qalxma ". Bir çox avtoritar ölkələrdə bu metod şüurlu və sistemli şəkildə istifadə olunur. Yəni vizit kartı hesab olunan metoddur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1242 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
13:40 0 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 0 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 131 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 139 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
19:30 0 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 211 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
18:20 0 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 0