Zirvədə yox, ikitərəfli münasibətlərdə diqqət: Azərbaycan yanaşması

Zirvədə yox, ikitərəfli münasibətlərdə diqqət: Azərbaycan yanaşması"Prezident İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB üzv ölkələrinin qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsi diqqət çəkir.

Rəsmi açıqlamalara görə, bunun səbəbləri məntiqlidir: Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığından Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib, MDB Zirvə görüşünə isə iş qrafikinin sıxlığı səbəbindən qatılmayıb".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Azərbaycan prinsip etibarilə MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi iştirak edir, lakin təşkilat daha çox formal xarakter daşıyır və görüşlər ciddi nəticələrlə yadda qalmır. Buna görə də Bakı-Moskva münasibətlərində əsas diqqət ikitərəfli əlaqələrin inkişafına yönəlir:

"Buna baxmayaraq, etimadın tam bərpası hələ real görünmür. Oktyabrda Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB iclasında Rusiya Prezidenti Vladimir Putin AZAL-ın təyyarə qəzası ilə bağlı kompensasiyanın təmin ediləcəyi və məsul şəxslərə hüquqi qiymət veriləcəyi vədini vermişdi. Lakin indiyədək həm kompensasiya məsələsi həll olunmayıb, həm də məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməyib. Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı komissiyanın yekun hesabatı da hələ açıqlanmayıb. Son zamanlar Rusiyada azərbaycanlı diaspor təşkilatlarına qarşı atılan addımlar da müşahidə edilən neqativ tendensiyalardandır.

Belə bir vəziyyətdə Prezident İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsi tam anlaşılandır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 23 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

19:30 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

18:20 0
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 0
.