Pensiya qərarları geri alına bilərmi? Qanun nə deyir
"Pensiya, müavinət və digər sosial ödənişlərin təyin edilməsi ilə bağlı dövlət qurumları tərəfindən qəbul edilən qərarlar inzibati akt hesab olunur və bu prosedur "İnzibati icraat haqqında" Qanunla tənzimlənir. Qanunsuz inzibati aktın ləğv edilməsi isə həmin qanunun 67-ci maddəsində öz əksini tapıb.
Qanuna əsasən, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması, yaxud düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Belə akt müvafiq səlahiyyətli yuxarı inzibati orqan və ya məhkəmə qaydasında ləğv edilə bilər. Aktın ləğvi zamanı vətəndaş maraqlı şəxs statusu qazanır".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, bununla belə, qanunsuz əlverişli inzibati akt yalnız müəyyən hallarda ləğv oluna bilər. Belə ki, maraqlı şəxsin inzibati aktın məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, eyni zamanda başqa şəxslərin hüquqlarına, qanunla qorunan maraqlarına, dövlət və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu, yaxud belə öhdəliklərin yaranmasına səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol verilmir:
"Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi, bu səbəbdən həmin vəsaitləri və ya əmlakı qaytarmaq iqtidarında olmadığı və ya qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malik olur.
Lakin maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:
inzibati aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə qəbul edilməsinə nail olduqda;
səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etdikdə;
inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilməli olduğu halda.
Qanunsuz inzibati aktın ləğv edilməsi həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə edilmiş əşyanın dəyərini ödəməyə borcludur. Ödənişin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
Əgər maraqlı şəxsin etimadı qanunla qorunursa, inzibati aktın ləğvi nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciəti əsasında həyata keçirilir və onun məbləği qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən real ziyanın həcminə mütənasib olaraq müəyyən olunur.
Qanunsuz inzibati akt, həmin aktın ləğvini şərtləndirən halların məlum olduğu gündən etibarən bir il müddətində ləğv edilə bilər. Bu qayda "İnzibati icraat haqqında" Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulan hallar üzrə tətbiq edilmir.
Qeyd edək ki, bu hüquqi mövqe Ali Məhkəmənin presedent xarakterli (üç ulduzlu) qərarlarında da öz əksini tapıb və vahid məhkəmə təcrübəsini formalaşdırdığı üçün aşağı instansiya məhkəmələri tərəfindən də tətbiq olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6580 Tarix: 23 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
14:10 0 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 131 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
14:20 0 Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video
Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini
00:44 272 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117