Direktorun müəllim və onun həkim atası ilə qalmaqalı - Məhkəmədə bitdi
Lənkəranda məktəb direktoru ilə müəllim arasında uzun müddətdir yaşanan qalmaqala məhkəmədə aydınlıq gətirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullayeva məhkəməyə müraciət edərək müəllim Aynur Cəfərova və onun atası-rayonda həkim işləyən Şakir Qasımovun cəzalandırılmasını tələb edib.
Direktor iddia edib ki, müəllimlə atası feysbukda onun barəsində təhqir və böhtanlardan ibarət paylaşımlar edib. O, hər iki şəxsin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.
Araşdırmalar zamanı məlum olub ki, A. Cəfərova və atası sosial şəbəkədə öz adlarına olan səhifədə Y. Fərzullayeva haqqında paylaşımlar ediblər. Həmin mətnlərdə direktor barəsində "Müəllimlər Günü mənə hədiyyə yox, pul gətirin", "saxta izahatlar alan", "rüşvətxor", "korrupsioner", "saxta aktlar tərtib edən", "dələduz" kimi ifadələr yer alıb.
Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə Aynur Cəfərova bildirib ki, Yaxşıxanım Fərzullayeva əvvəllər onun müəllimi olub. O, iş saatları ilə bağlı direktorla arasında narazılığın yarandığını bildirib. Atası Şakir Qasımov da qızının dərs saatlarının qanunsuz azaldıldığını və buna görə sosial şəbəkədə paylaşımlar etdiyini deyib. Hər iki şəxs baş verənlərə görə direktordan üzr istəyiblər.
Məhkəmə A. Cəfərovanın 1000, Ş. Qasımovun isə 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.
Fotoda: Yaxşıxanım Fərzullayeva

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 676 Tarix: 23 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp ABŞ-a kömək etməyən ölkələrdən pul tələb etdi
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə Vaşinqtona kömək etməyən ölkələrin münaqişə zamanı ABŞ-ın çəkdiyi xərcləri ödəməli olduğunu bildirib. xəbər verir ki, Amerika lideri bu barədə Truth Social sosial media platformasında paylaşım edib. Tramp yazıb:. "Bizə heç bir şəkildə kömək etməyən düny
10:37 120 Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18.09.2026 254 ABŞ-İran müharibəsində son vəziyyət - Vaşinqton yeni qərar ərəfəsindədir
ABŞ İran ərazisinə yeni zərbələr endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müharibənin sona çatmasının mümkün olduğunu bildirsə də, eyni zamanda İranla bağlı mühüm qərar vermək ərəfəsində olduğunu açıqlayıb. Axios-a verdiyi müsahibədə Tramp qarşıdakı mərhələdə hərb
18.09.2026 237 Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasın
18.09.2026 226 Rus ordusu bu gün də iki kəndi işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Verolyubovka və Zolotoy Kolodez yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
18.09.2026 224 Tramp CNN, MS NOW və Politico-nun Ağ Evdə yayımını qadağan etdiyini bildirib
ABŞ prezidenti Donald Tramp cümə günü günortadan sonra CNN, MS NOW və Politico-nu Ağ Evdən "qadağan" etdiyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, o, bunun "dərhal qüvvəyə mindiyini" bildirib, lakin administrasiyasının bu addımı atdığına dair heç bir əlamət yoxdur. Məsəl
09:30 196 Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bakıda kişi həyat yoldaşını marketdə, autizmli övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın
18.09.2026 411 Süni intellekt kinonu əvəz edəcək? - Gələcəyin ssenarisi açıqlandı
Süni intellektin kino sənayesində getdikcə daha geniş istifadə olunması ənənəvi kinematoqrafiyanın gələcəyi ilə bağlı müzakirələri artırıb. Mütəxəssislər hesab edirlər ki, AI əsaslı filmlər klassik kinonu tamamilə əvəz etməyəcək, lakin sektorda yeni və daha sürətli istehsal formatlarının yaranmasın
18.09.2026 209 Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Azərbaycan QHT-ləri ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir:. "Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkredit
18.09.2026 202