Xəbər yox, şou: Azərbaycan oxucusu niyə iki müğənninin davasını seçir? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Xəbər yox, şou: Azərbaycan oxucusu niyə iki müğənninin davasını seçir? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMABir vaxtlar xəbər oxucuya məlumat vermək üçün vardı, bu gün isə getdikcə sadəcə diqqət çəkmək vasitəsinə çevrilir. Ölkədə sosial, iqtisadi və siyasi problemlər dərinləşdikcə, cəmiyyətin daha ciddi mövzulara yönəlməsi gözlənildiyi halda tam əksi müşahidə olunur. Bahalaşma, işsizlik, təhsil və səhiyyə kimi həyati məsələlər kənarda qalır, xəbər saytlarında isə iki müğənninin şəxsi davası, kiminsə kimlə küsülü olması və şəxsi həyatla bağlı detallar daha çox oxunur. Bu mənzərə artıq yalnız medianın yox, oxucunun öz seçimlərinin də aynasıdır.
Xəbər yox, şou: Azərbaycan oxucusu niyə iki müğənninin davasını seçir? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, bu ümumiyyətlə Azərbaycan oxucularının zövqü məsələsidir. Onun sözlərinə görə, media zövq dalınca düşən insitut olmamalıdır: "Media zövq formalaşdıran insitut olmalıdır. Təssüflər olsun ki, bu proses bir 15 ildən çoxdur ki, davam edir. Media zövq arxasınca düşən bir insituta çevrildi. Zövq formalaşdıran bir qruma çevrilmədi. Bununla bağlı son illər Media Agentliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Bu plana media savadlılğının artırılması daxildir. Media savadlılığının artırılması özlüyündə bir növ dezinformasiyaları müəyyən etməyə, feyk informasiya ilə doğru informasiyanı ayırd etməklə yanaşı, dolayısı ilə informasiya zövqünün formalaşdırılması, informasiya keyfiyyətinin yüksəldilməsi istiqamətində də qarşıda bir alətə çevriləcək.

Bu baxımdan düşünürəm ki, nə qədərdə oxucular sarı mətbuata meyilli olsalar, yəni dava-dalaşa, şou xarakterli xəbərlərə nə qədər maraqlı olsalarda media subyektləri yəni saytlar, qəzetlər, televiziyalar ciddi informasiyadan imtina etməməlidirlər. Ciddi inromasiyanın oxunaqlığı vəziyyəti bu cür yaranır. Ciddi informasiya oxunan cəmiyyətlərdə də bir vaxtlar ciddi informasiyaya maraq olmayıb. Ancaq onlar zamanla bu prosesi keçib, bunu həll ediblər.

Düşünürəm ki, bizdə də bütün hallarda media etikası qorunaraq, fərdləşdirilmiş informasiyalar yox, ictimai xarakterli informasiyalar irəli çıxarılaraq, yəni informasiyanın ictimai yükü əsas götürülərək tirajlanmalı və media savadlılığı ilə bağlı dediyim kimi silsilə işlər görülməlidir. Bunların nəticəsində Azərbaycan oxucularınında informasiya zövqü tamamilə dəyişəcək. Azərbaycanda kifayət qədər mütaliəli, zövqlü informasiya oxucusu olan insanlar var. İlkin olaraq biz onlar üçün davamlı şəkildə işləməliyik. 3-5 ildən sonra isə artıq bütün oxucular görəcəklərki, onlara verilən informasiya budur və ondan sonra insanların media zövqü dəyişəcək və onlarda ciddi informasiya oxumağa başlayacaqlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 640   Tarix: 23 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

13:30 0
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

14:20 0
.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini

00:44 272
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.