Cinsi qısnama ilə işləmək məcburiyyətində qalan qadınlar... - PSİXOLOQDAN AÇIQLAMA

Cinsi qısnama ilə işləmək məcburiyyətində qalan qadınlar... - PSİXOLOQDAN AÇIQLAMAİş yeri kağız üzərində təhlükəsiz, etik və peşəkar mühit kimi təqdim olunur. Ancaq bir çox qadın üçün bu məkan gündəlik əmək fəaliyyətinin deyil, davamlı psixoloji təzyiqin və cinsi qısnamanın yaşandığı yerdir. Rəhbər və ya həmkar statusundan istifadə edən bəzi kişilər üçün səlahiyyət sadəcə iş bölgüsü vasitəsi deyil, qarşı tərəfin şəxsi sərhədlərini aşmaq imkanıdır. Qadınlar isə çox vaxt bu vəziyyət qarşısında iki seçimlə üz-üzə qalır: susmaq və işləməyə davam etmək, ya da şikayət edib işini, reputasiyasını riskə atmaq. Cinsi qısnama əksər hallarda açıq zorakılıq kimi deyil, "zarafat", "diqqət", "kompliment" adı altında başlayır.

Məhz bu səbəbdən də problem uzun müddət görünməz qalır, normal davranış kimi qəbul edilir və sistemli xarakter alır. Şikayət mexanizmlərinin zəifliyi, iş yerlərində qorxu mühiti və "ad çıxar" təzyiqi qadınları susmağa məcbur edir. Nəticədə cinsi qısnama fərdi problem yox, kollektiv səssizliklə ört-basdır edilən sosial faciəyə çevrilir.
Cinsi qısnama ilə işləmək məcburiyyətində qalan qadınlar... - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu ciddi və real problemdir. Onun sözlərinə görə, son zamanlarda bəzi kişi psixoloqların, eləcə də, həkimlərin qadın pasiyentlərinə qarşı əxlaqsız təkliflərini eşidirik: "Ölkədə elə bil cinsi azlıq virusu yayılıb. Məktəblərdə, universitetlərdə müəllim tələbə eşq macəraları, digər iş yerlərində kolleqaların sərhədləri aşmaları halı yayqındır. Cinsi təkliflər rədd edildiyi halda imtahandan kəsilmələr, qovulmalar şantaj halları yayılıb. İş yerlərində cinsi təzyiq və təkliflər səbəbindən şikayətlər çoxalır. Belə vəziyyətdə səssiz qalan qadın daxilən stress keçirir. İşləməyə, oxumağa ehtiyacı var, güclə iş tapır, amma cinsi təkliflə qarşılaşır. Bu cür vəziyyətlərdə susqun qalmaq, qarşı tərəfi bir az da cəsarətləndirir. Sərhədləri bir az da aşır.

Təhsildən onsuzda daha əlimizi üzmüşük. Valideynlər qızlarına psixoloji güclənmə, belə vəziyyətdə özünü qoruma cümlələrini qurmalıdırlar. Hər bir qadın təhsil və işdən də öncə, özünün psixoloji sağlamlığını və təhlükəsizliyini qorumaq üçün öz sərhədlərini möhkəm qurmalıdır. Cinsi təklif alma vəziyyətində tək qalmaq psixoloji yükü ağırlaşdırır. İlk öncə ya həmkarlardan birinə, ailə üzvünə, rəhbərlikdə güvənilən birinə müraciət etmək və vəziyyəti bildirmək lazımdır.

Etik sərhəd pozuntusu, insanın öz üzərində nəzarətinin itməsi deməkdir. Bu cinsi azadlıq deyil, cinsi aclıqdır. Xəbərdarlıq olunmalıdır ki, bu cür rəftar, yaxud danışıq narahatlıq yaradır. Əldə mesajlar, səs yazısı varsa sərhədi pozan insana qarşı özünü qoruma məqsədi ilə istifadə etmək mümkündür. İş yerindən uzaqlaşmaq, bu ən son yoldur. İnsanlar əziyyətlə iş tapır sevinir ki, evinə bir parça çörək aparacaq. Bu cür davranışlar səbəbindən işi itirməyə məcbur deyil. İş yeri təhlükəsiz olmalıdır və qadın susmaq məcburiyyətində deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

14:10 0
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 174
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

13:30 0
.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

12:19 131
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

14:20 0
.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini

00:44 272
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.