Bacısı oğlu və azyaşlı uşağının başına silah dayayıb girov götürdü: Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI
Bəhram Qəmbərlinin (ad-soyadlar şərtidir) münasibətindən şübhələndiyi üçün onları qanunsuz olaraq silah gücü ilə azadlıqdan məhrum edib.
BiG.AZ Teleqraf.az-a istinadla xəbər verir ki, ötən il baş verən hadisə ilə bağlı məhkəmə prosesi bu həftə başa çatıb.
Hacıqabul Rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Valehov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisənin təfərrüatına gəlincə, Şakir həyat yoldaşı Həlimə ilə bacısı oğlu Bəhramın münasibətindən şübhələnib. O, arvadına xəyanət ittihamı irəli sürsə də, qadın deyilənləri qəbul etməyib.
Bundan sonra Şakir evin həyətinə kamera quraşdırıb. Buna baxmayaraq, kamera vasitəsilə arvadı ilə bacısı oğlunun münasibətini təsdiqləyən hər hansı görüntü əldə edə bilməyib. Şakir dəfələrlə kameranın yerini dəyişsə də, ittihamını sübut edəcək fakta nail olmayıb.
Nəticədə, Şakir heyvanlara ot gətirmək bəhanəsi ilə bacısı oğlunu evinə çağırıb. Bəhram dayısının xəbərinə əməl edərək azyaşlı övladı ilə birlikdə evə gedib. Onların daxil olmasından sonra Şakir qapını kilidləyib və hər ikisini girov götürüb.
Şakir əvvəlcə Bəhramın, daha sonra isə azyaşlı uşağın başına tapança dirəyib. Buna baxmayaraq, Bəhram ittihamları qəbul etməyib və dayısına yanıldığını deyib.
Şakir Bəhram etiraf etməyəcəyi təqdirdə azyaşlını öldürəcəyi ilə hədələyib. Uşağın ağladığını görən Bəhram vəziyyəti sakitləşdirmək üçün dayısına razılıq verib və Həlimənin həyətə çıxdığı evə yollanıblar.
Təqsirləndirilən şəxsdən iki addım aralanan Bəhram fürsətdən istifadə edərək qaçıb və ailə üzvlərinə hadisə barədə məlumat verib. O, özünün qaçdığını, uşağının isə hələ evdə qaldığını bildirərək azyaşlını Şakirin evindən çıxarmalarını tapşırıb.
Daha sonra hadisə barədə polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları Şakir Valehovu saxlayıblar. Evə baxış keçirilən zaman mənzildə narkotik vasitə də aşkar olunub.
Qeyd edək ki, Ş.Valehov daha əvvəl narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 485 Tarix: 21 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir" - Pərvanə Vəliyeva
"Bu gün ölkəmizin qarşısında daha geniş və çoxqütblü diplomatik imkanlar var. Azərbaycanın beynəlxalq mövqeyi yalnız onun iqtisadi və hərbi gücü ilə deyil, onun ətrafında formalaşan siyasi həmrəylik və tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən olunur". Bu sözləri BİG.AZ-a açıqlamasında millət vəkil
18.09.2026 242 Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Azərbaycan QHT-ləri ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir:. "Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkredit
18.09.2026 193 Bu ölkə Rusiya ilə "savaşa" hazırlaşır - Qaçış planı
Litva Rusiya ilə müharibəyə hazırlaşır. xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb. Məlumata görə, Litva hakimiyyət orqanları hərbi təhlükə yaranacağı təqdirdə ölkə sakinlərinin Polşaya təxliyə edilməsi planını hazırlayıb:. "Plana əsasən, təxliyə proseduru və ardıcıllığı təhlükənin yerində
18.09.2026 242 Qonaqlara yeməyin içərisində 49 min qarışqa yedirən məşhur restoran cərimələndi
Cənubi Koreyanın paytaxtı Seulda iki "Michelin" ulduzuna sahib "Evett" restoranı yeməklərdə istifadəsinə icazə verilməyən qarışqalardan istifadə etdiyi üçün cərimələnib. xarici mediaya istinadla xəbər verir ki, restoranın sahibi 18,4 min manat, müəssisəni idarə edən şirkət isə 12,
18.09.2026 221 Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı
Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir
18.09.2026 368 Süni intellektlə başqasının fotosunu və videosunu hazırlamaq: Hansı cəza tətbiq olunur? - VƏKİLDƏN AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı foto və videoların hazırlanmasını asanlaşdırsa da, bu imkanların başqa şəxslərin görüntülərindən icazəsiz istifadə olunması ilə bağlı hüquqi riskləri də artırır. Xüsusilə bir şəxsin fotosu əsasında onun real görüntüsünə bənzər saxta foto və ya vide
18.09.2026 343 15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video
Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub. "Qafqazinfo" xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağa
18.09.2026 235 Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır
18.09.2026 345 Mobil danışıq tarifləri niyə artır? - Operatorların səs gəlirləri azalır, qiymətlər isə yüksəlir - İQTİSADÇIDAN AÇIQLAMA
Mobil rabitə bazarında istehlakçıların istifadə vərdişləri dəyişdikcə operatorların gəlir mənbələri də transformasiya olunur. İnsanlar əvvəlki illərlə müqayisədə səsli zənglərdən daha az istifadə edir, messencer və internet üzərindən ünsiyyətə üstünlük verirlər. Buna baxmayaraq, mobil danışıq tariflərind
18.09.2026 270