Bu ətləri qətiyyən almaq olmaz - Ekspertdən XƏBƏRDARLIQ

Bu ətləri qətiyyən almaq olmaz - Ekspertdən XƏBƏRDARLIQ"Hansı ölkədən idxal olunmasından asılı olmayaraq bütün ətlər sərhədi keçəndə aidiyyəti qurum tərəfindən həm qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə nəzarət, həm də risk əsaslı laborator analizlər aparılmalıdır. Bu məhsullar satış mərkəzlərinə soyuq qida zəncirində gətirilməlidir, temperatur rejimi pozulmamalıdır. Əgər qısa müddətdə satılacaqsa, 0-4 dərəcə arasında saxlanılmalıdır, uzun müddət üçün isə -18 dərəcədə qalmalıdır".

Bunu Ajans.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, mütləq şəkildə ətin üzərində hansı ölkədən idxal olunduğu bildirilməlidir, keyfiyyət sertifikatına dair üzərində məlumat olmalıdır, kəsim tarixi, istehsal tarixi göstərilməlidir. Əgər bu məlumatlar varsa, onda bu ətlərdən istifadə etmək olar:

"Somalidən Azərbaycana gətirilən ət bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, bu ət satış üçün idxal olunmur. Bu ət Səudiyyə Ərəbistanı Krallığının sifarişi əsasında, humanitar yardım kimi paylanılması üçün gətirilib.

Yaxşı olar ki, zərərsiz olması üçün ətin yaxşı bişirilməsinə diqqət edilsin. Bişirilərkən ətin daxili temperaturu 75 dərəcəni keçməlidir. Görünüşündə hər hansı ləkələr varsa, ətə xas olmayan rəngdədirsə, səthi yapışqandırsa, xoşagəlməz qoxu və maye varsa, bu, xarab olmuş ət hesab olunur.

Bir çox hallarda idxal olunan ətlər yerli məhsullara nisbətən qat-qat ucuz satılır ki, bu da keyfiyyətlə bağlı şübhə doğurur. Ona görə ət alarkən keyfiyyətli, mənşəyi bəlli olan, dövlət nəzarətindən keçmiş yerdən almaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 20 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb. Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzal

11:01 122
.

Məhkəmə Arzumun hökmü ilə bağlı məlumat yaydı

Bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə ittiham olunan bloqer İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur. Axşam.az xəbər verir ki, məsəl

10:25 171
.

Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir

Qanunsuz zəbt etdikləri dövlət torpaqlarını satmaqda ittiham olunan 11 nəfər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo" xəbər veri

11:58 52
.

Azərbaycanda İslam bankçılığı niyə hələ də tətbiq olunmur? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda İslam bankçılığının tətbiqi illərdir iqtisadi və maliyyə dairələrində müzakirə olunan mövzulardan biridir. Faizsiz maliyyələşmə prinsiplərinə əsaslanan bu modelin həm yerli bazara yeni investisiyalar cəlb edə, həm də vətəndaşlara alternativ maliyyə xidmətləri təqdim edə biləcəyi qeyd oluns

11:04 112
.

ABŞ-ın Müstəqillik Günü: 250 illik azadlıq ənənəsi - KÖŞƏ YAZISI

Sabah ABŞ-da Müstəqillik Günü qeyd olunacaq. 1776-cı il iyulun 4-də qəbul edilən Müstəqillik Bəyannaməsi ilə ölkə Böyük Britaniyadan ayrıldığını elan edib və müstəqil dövlət kimi tarixə qədəm qoyub. Bu il isə ABŞ tarixində xüsusi əhəmiyyət daşıyır, çünki ölkə müstəqilliyinin 250 illiyini qeyd edir. Laki

10:16 139
.

Əl yazısı beyin problemlərini göstərə bilər: Araşdırmanın NƏTİCƏLƏRİ

Unutqanlıq, diqqətin cəmlənməsində çətinlik və nitq pozuntuları adətən idrak funksiyalarının zəifləməsinin ilk əlamətləri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin araşdırması insanın əl yazısının da beynin necə qocalması barədə məlumat verə biləcəyini hesab edirlər. Araşdırmanı

02.07.2026 292
.

Fransa yeni nüvə sualtı qayığını istismara verdi - "Səssiz ovçu" adlandırılır

Fransa Hərbi Dəniz Qüvvələrinin donanmasına "Barracuda" sinfinə aid dördüncü nüvə hücum sualtı qayığı daxil edilib. "De Grasse" adlanan yeni gəmi ölkənin sualtı qüvvələrinin modernləşdirilməsi proqramının mühüm mərhələsi hesab olunur. Qaynarinfo xəbər verir ki, bu barədə "India

02.07.2026 280
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

02.07.2026 289
.

SEA BREEZE-də CASPIAN MOTOR SHOW keçirildi

Azərbaycan Avtomobil Dilerləri Assosiasiya təşkilatçılığı 26-28 iyun tatixlərində Sea Breeze Resortda "Caspian Motor Show 2026"ı avtomobil sərgisi keçirildi. Sərgidə 17 avtomobil markasını təmsil edən 50 dən çox müxtəlif modellər nümayiş olundu. Bununla yanaşı golf avtomobilləri, motosikl v

02.07.2026 311
.

TOP MP3