"Sevgi fəvvarəsi" pullu olacaq
İtaliyanın simvollarında biri olan Trevi fəvvarəsini ziyarət etmək istəyən turistlər 1 fevraldan etibarən 2 avro giriş haqqı ödəməli olacaqlar.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Roma sakinləri üçün isə giriş tamamilə pulsuz olacaq.
Roma meri Roberto Qualtieri mətbuat konfransında bildirib ki, paytaxtdakı altı məşhur turizm obyektinə giriş artıq ödənişli olacaq. Bu məkanlar Trevi fəvvarəsi (yalnız hovuzun ön hissəsinə giriş üçün), Villa Maxentius, Napoleon Muzeyi, Karlo Barakko Muzeyi, Pilotti Muzeyi və Kanonika Muzeyidir.
Merin sözlərinə görə, əvvəllər pulsuz olan bu məkanlara giriş üçün turistlərdən simvolik 2 avro tələb olunacaq. Qualtieri vurğulayıb ki, 1 fevraldan etibarən Romadakı bütün muzey və abidələr Roma şəhərinin sakinləri üçün pulsuz olacaq.
Roma Bələdiyyəsi bu tətbiqdən illik təxminən 6,5 milyon avro gəlir əldə etməyi planlaşdırır. Qualtieri bildirib ki, bu gəlir ilin əvvəlindən Trevi fəvvarəsində tətbiq edilən məhdud giriş sistemi sayəsində mümkün olacaq.
Məlumata görə, son bir il ərzində Trevi fəvvarəsini 9 milyona yaxın turist ziyarət edib. Gün ərzində isə fəvvarəyə orta hesabla 30-70 min turist gəlir. Yeni qaydalara əsasən, turistlər üçün giriş yalnız saat 09:00-dan 22:00-dək ödənişli olacaq, digər saatlarda isə pulsuz qalacaq.
Ödəniş tətbiq edilən məkanlardan biri də muzeyə çevrilmiş italyan heykəltəraş Pietro Kanonikanın evidir.
Qeyd edək ki, tarixi abidəyə həddindən artıq turist axınının qarşısını almaq məqsədilə bilet sistemi ideyası ilk dəfə ötən il gündəmə gəlib. Trevi fəvvarəsi 2024-cü ilin oktyabr-dekabr aylarında əsaslı bərpadan sonra yenidən istifadəyə verilsə də, yanvar ayından etibarən eyni vaxtda yalnız 400 nəfərin daxil ola biləcəyi məhdud giriş sistemi tətbiq olunub.
XVIII əsrdə italyan memarı Nikola Salvi tərəfindən barokko üslubunda inşa edilən Trevi fəvvarəsi hər il milyonlarla turist tərəfindən ziyarət edilir. Bir çox məşhur romantik filmlərin çəkildiyi bu tarixi məkan "Sevgi fəvvarəsi" kimi də tanınır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 669 Tarix: 20 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir
Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə
10:30 155 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
18:30 0 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır
2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is
17:10 0 Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
17:14 0 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15:30 0 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 0 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117