İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Maksimus" şirkəti seçilib. Tərəflər arasından bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 68 703 095,9 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Maksimus" Mənzil-Tikinti Kooperativi (MKT) 8 may 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı şirkətin Sumqayıt şəhəri, Bakı-Dərbənd yolunda yerləşən MKT-nin qanuni təmsilçisi Gülməmmədov Qoşqar Əşrəf oğludur.
"Maksimus" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi təsis edilib. 2025-cü ildə isə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib və şirkət MKT-yə çevrilib.
Açıq mənbələrdə "Maksimus" MKT haqqında heç bir məlumat yoxdur. MKT-nin qanuni təmsilçisi Qoşqar Gülməmmədov barəsində də hər hansı məlumata rast gəlinmir.
Yeri gəlmişkən, Qoşqar Gülməmmədovdan əvvəl şirkətə onun qardaşı Muxtar Gülməmmədov rəhbərlik edib.
Muxtar Gülməmmədov 2021-ci ildə Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirmişdi ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.
"Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib", deyə o vurğulamışdı.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, İKZF cari ilin əvvəlində "Maksimus" MKT ilə 17 804 626,9 manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə qurumun yeni inzibati binasında təmir-bərpa işləri ilə əlaqədar olub.
İKZF-nin İdarə Heyətinin sədri Fəxri Kazımovdur. O, keçmiş deputat, Sosial Rifah Partiyasının qurucusu olmuş mərhum Xanhüseyn Kazımlının oğludur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 626 Tarix: 17 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMerz Aİ ölkələrini Ukraynaya dəstəyi artırmağa çağırıb
Almaniya kansleri Fridrix Merz Avropa İttifaqına (Aİ) üzv ölkələri Ukraynaya dəstəyi artırmağa çağırıb. xəbər verir ki, Merz bu çağırışı Danimarka, Niderland, Avstriya və Finlandiyanın hökumət başçıları ilə birgə "Politico"a üçün hazırladığı məqalədə yazıb. Məqalədə bildirilir ki, bu ölkələ
18.09.2026 196 Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)
Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində
18.09.2026 216 Ərdoğan bu torpağa ayaq basa bilməyəcək - Katz
Qəzzada artıq başa düşürlər ki, HƏMAS yolu uğursuzluğa düçar olub. xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb. "Baş nazir Benyamin Netanyahu ilə birlikdə həyata keçirdiyim siyasət aydın prinsipə əsaslanır: cihadçı terror təşkilatları qarşısında İsrail onları
18.09.2026 225 Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı
Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir
18.09.2026 349 Sağlamlığımız üçün əsas təhlükəli məhsul: ucuzdur, həm də...
Həkimlər orqanizm üçün ciddi təhlükə yarada bilən məhsulun adını açıqlayıblar. Mütəxəssislərin fikrincə, onun ucuz və asan əldə olunması problemi daha da ağırlaşdırır. xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, şəkərli qazlı içkilərin həddindən artıq istehlak
18.09.2026 212 Rus ordusu bu gün də iki kəndi işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Verolyubovka və Zolotoy Kolodez yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
18.09.2026 191 Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Azərbaycan Alban-Udi xristian dini icması ölkəmizdəki diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:. Bir olan Yaradanımızı
18.09.2026 168 "Müttəfiqlik haqqında müqavilə özündə hərbi və təhlükəsizlik sahəsində dərin əməkdaşlığı ehtiva edir" - Pərvanə Vəliyeva
"Bu gün ölkəmizin qarşısında daha geniş və çoxqütblü diplomatik imkanlar var. Azərbaycanın beynəlxalq mövqeyi yalnız onun iqtisadi və hərbi gücü ilə deyil, onun ətrafında formalaşan siyasi həmrəylik və tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən olunur". Bu sözləri BİG.AZ-a açıqlamasında millət vəkil
18.09.2026 231 Uşaq məktəbə getmək istəmir: Valideyn nə etməlidir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yeni dərs ilinin başlaması ilə uşaqların məktəbə uyğunlaşması məsələsi yenidən gündəmə gəlir. Bəzi şagirdlər dərslərə həvəslə başlasa da, bir qisim uşaq məktəbə getməkdən imtina edir və müxtəlif səbəblərdən dərsə qarşı maraqsızlıq göstərir. Belə vəziyyətdə valideynin uşağa necə yanaşması, problemin səbəbin
18.09.2026 207