Bakcell texno-blogerlər üçün "Media Tech" təlimini həyata keçirdi
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech" layihəsi çərçivəsində təlim proqramı baş tutub. "Smart Nation" ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future" tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunlu təlim proqramı olub. Təlimin əsas məqsədi texnoloji influenserliyə maraq göstərən yeni nəsil kontent istehsalçılarını bir araya gətirmək, onların praktiki biliklərini artırmaq və bu bilikləri müasir, innovativ yanaşmalarla möhkəmləndirmək olub.
Ümumilikdə 60-dan çox texno-blogerin iştirak etdiyi proqramda iştirakçılar rəqəmsal məzmun istehsalı, şəxsi brendinq, rəqəmsal marketinq strategiyaları, alqoritmlərin iş prinsipləri və mobil videoyaradıcılıq kimi sahələr üzrə intensiv sessiyalarda iştirak ediblər. Sessiyalar real nümunələr və praktik tapşırıqlar əsasında qurularaq iştirakçılara əldə etdikləri bilikləri dərhal tətbiq etmək imkanı yaradıb.
Təlimin sonunda gələcəyin texnoloji influenserlər sosial media üçün məzmun quruluşu yaratmaq, rəqəmsal auditoriya ilə effektiv ünsiyyət qurmaq, trend analizləri aparmaq və mobil kontent istehsalında innovativ metodlardan istifadə etmək bacarıqlarını inkişaf etdiriblər.
Bu təşəbbüs Bakcell-in Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına, innovasiya və texnologiya ekosisteminin gücləndirilməsinə yönəlmiş davamlı və strateji fəaliyyətlərinin növbəti uğurlu nümunəsidir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 16 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir
Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə
10:30 155 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
19:20 0 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
16:10 0 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
20:45 0 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
19:30 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138