12 Dekabr - Heydər Əliyevin xatirəsinə ehtiram və dövlətçilik dərsi
"12 dekabr Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin anım günü kimi həm ehtiram, həm də dərin düşüncə ilə xatırlanan bir gündür. Bu gün yalnız bir lideri deyil, bütöv bir dövlətçilik fəlsəfəsini formalaşdırmış böyük şəxsiyyəti yad edirik.
Heydər Əliyevin qurduğu siyasi məktəb ölkəni çöküş təhlükəsindən çıxararaq sabitlik və inkişaf yoluna yönəltdi. Onun qətiyyəti, soyuqqanlı qərarları və tarixi situasiyaları düzgün qiymətləndirmə bacarığı milli dövlətçiliyin bünövrəsini möhkəmləndirdi. Müstəqilliyin yenidən bərpasından sonrakı ən ağır dövrdə o, xalqın ümidi və təhlükəsizlik dayağına çevrildi".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, Azərbaycanın gələcək inkişaf xəritəsini müəyyən edən məhz onun strateji düşüncə tərzi oldu. Neft müqavilələri, regional əməkdaşlıq formatları və ölkənin beynəlxalq mövqeyini gücləndirən addımlar uzaqgörən siyasətin bariz nümunəsidir. Bu gün Azərbaycanın güclü və dayanıqlı dövlət kimi möhkəmlənməsi həmin siyasi xəttin davamıdır:
"Ulu Öndər yalnız siyasətçi deyildi - sabitliyin, dövlət quruculuğunun və milli həmrəyliyin rəmzi idi. Onun irsinin gücü zaman keçdikcə daha aydın görünür. Heydər Əliyev Azərbaycançılıq ideyasını müasir dövrün tələblərinə uyğun siyasi konsepsiyaya çevirərək xalqın kimliyini qoruyub gələcəyə daşıdı.
Bu xatirə günü həm də dövlətə xidmət anlayışının mahiyyətini xatırladan bir dərsdir. Onun yaratdığı siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda davam etdirilir.
Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının yaddaşında hər zaman böyük ehtiramla yaşayacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 520 Tarix: 12 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAbşeronda çimərliyi çəyirtkələr basdı - Video
Abşeron rayonu ərazisindəki çimərliyə çəyirtkələr axın edib. -ə istinadən xəbər verir ki, bununla bağlı görüntülər yay aylarında sakinlərin ən çox üz tutduğu Novxanı çimərliyində qeydə alınıb. Kadrlarda çəyirtkələrin sahildəki zibillərin, şezlonqların üzərində gəzməsi yer alıb
14:08 182 Süni intellektdən istifadə kifayət etmir - Milli AI ekosistemi qurulmalıdır
"Bu gün Azərbaycanda süni intellekt (AI) sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət inkişaf müşahidə olunur. Lakin etiraf etməliyik ki, hazırda biz daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə həl
12:12 172 Təbii fəlakətlərdən sonra eyni sual: Niyə evlər sığortasız qalır? - SIĞORTA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda son vaxtlar müşahidə olunan güclü yağışlar və əlverişsiz hava şəraiti bir çox yaşayış evinə və fərdi təsərrüfatlara ciddi ziyan vurdu. Su basmış evlər, yararsız hala düşən əşyalar və yüksək maddi itkilər bir daha göstərdi ki, təbii fəlakətlər hər an gözlənilmədən baş verə bilər. Buna baxmayaraq
13:01 185 İsrail Xameneyinin dəfn mərasiminə hücum planı hazırlayır
İsrailin İranın ali dini lideri Əli Xameneyinin dəfn mərasimi zamanı hərbi əməliyyat keçirməyi planlaşdırdığı bildirilir. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hücumun nə vaxt gerçəkləşdiriləcəyi hələlik açıqlanmayıb. İsrailin məqsədi İranın yüksək rütbəli dövlət rəsmilərini məhv etməkdir. Müəllif
15:52 156 Şəkidə 5 nəfəri it dişlədi
Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib. BİG.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşl
13:26 185 Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans
10:10 213 Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib. "Əzizim Leyla, səni doğum günün münasibətil
12:45 280 Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir
Qanunsuz zəbt etdikləri dövlət torpaqlarını satmaqda ittiham olunan 11 nəfər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo" xəbər veri
11:58 201 Rusiya üçün böyük problem: Yanacağın çatdırılması...
Moskvanı yanacaqla şəhərin özündə, eləcə də Ryazan, Nijni Novqorod və Yaroslavl vilayətlərində yerləşən dörd neft emalı zavodu təmin edir. Ukrayna hücumları nəticəsində isə həmin dörd zavodun hamısı zədələnib. xəbər verir ki, bu barədə "Vajnıe İstorii" məlumat yayıb. "Hazırda enerji şirkətlər
02.07.2026 292