Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir

Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində "Milad bayramına səyahət" adlı ənənəvi festival keçiriləcək. Bu günlərdə Rusiya paytaxtı yenidən ənənələrin, sevimli nağılların və bayram sürprizlərinin canlandığı böyük qış səhnəsinə çevriləcək. "Moskvada qış" layihəsinin bir hissəsi olacaq festival bir ay ərzində Moskvanı qışın əsas bayramının sehrli atmosferinə qərq edəcək. Hazırlanan un məmulatlarının ətri, küçələri bəzəyəcək işıqların parıltısı paytaxtın hər rayonunu müxtəlif ölkələrdən gələn qonaqlar üçün özəl bayram hekayəsinə çevirəcək.

Manej meydanı bu il hər kəsi "Yeni il ağacı oyuncaqlarının şəhəri" ilə heyrətləndirəcək. Burada XX əsrin əvvəllərinin pambıq oyuncaqlarının estetikasından ilhamlanaraq hazırlanmış qeyri-adi yarmarka təşkil ediləcək. Yarmarkada təkcə Yeni ilin əsas qəhrəmanları - Şaxta Baba və Qar qızı deyil, həm də onlarla digər vintaj nağıl personajlarını görə bilcəksiniz. Hər kəs sanki köhnə Yeni il sandığından yenicə çıxarılmış dekorasiyalarla şəkillər çəkdirə, nağıl süjetli qısa tamaşalarda iştirak edə, sovet dövründə keçirilən Yeni il bayramlarının ənənəvi yeməklərini dada biləcək.
Tver meydanında qonaqları Moskvaya həsr olunmuş dekorasiyalar gözləyir. Burada yerli sənətkarlar tərəfindən düzəldilmiş səkkiz metrlik Yeni il ağacı ucalır. Ağac əl ilə çəkilmiş naxışları olan 90 və 70 sm ölçüsündə kürələr, həmçinin 70 sm uzunluğunda nəhəng qızılı sırsıralarla bəzədilib. Böyük Teatrın, Xalq təsərrüfatı nailiyyətləri sərgisinin pavilyonlarının və Kreml qüllələrinin siluetləri isə sadəcə bayram instalyasiyaları kimi görünmür, şəhərin canlı tarixini əks etdirir. Zərif qızılı işıqlanması olan bu miniatür memarlıq simvolları əsl Yeni il sehrinin atmosferini yaradacaq və Moskvaya təkcə turist kimi ilə baxmağa deyil, həm də özünüzü böyük və bayram əhvali-ruhiyyəli meqapolisin bir hissəsi kimi hiss etməyə imkan verəcək.
Bayram günlərində paytaxtın əsas görməli yerlərindən biri olacaq Manej meydanında hündürlüyü 22 metr olan təbii küknar ağacı (hündürlüyünə görə yalnız Kreml küknarından geri qalır) quraşdırılıb. Bu il ağac qədim rus oyuncaqlarının üslubunda bəzədilib. Bunun üçün on mindən çox oyuncaqdan və beş kilometr uzunluğunda işıqlardan istifadə olunub. Sənətkarlar Moskva rəssamlarının eksklüziv eskizləri əsasında yüzlərlə rəngli kürələr hazırlayıblar. Kürələrin üzərində Milad süjetləri, nağıl personajları və bayram şənliklərinin səhnələri canlanır. Kompozisiyanı ipək bayraqlar, qızılı və gümüşü sırsıralar, pambıqdan hazırlanmış insan fiqurları, gözəl kostyumlu qırmızıyanaq gəlinciklər tamamlayır. Bütün bunlar küknarı sehrli bayramın əsl canlı illüstrasiyasına çevirir.
Festivalın gənc ziyarətçiləri metal bəzəklərin döyülməsindən şüşə stəkanların naxışlarla bəzədilməsi, şamların və sovet Yeni il ağacı oyuncaqlarının hazırlanmasına qədər çoxsaylı master-klaslarda iştirak edə biləcəklər. Kiçik qonaqlar üçün Yeni il kulinariya studiyaları fəaliyyət göstərəcək. Məşhur Rusiya nağıllarının motivləri əsasında səhnələşdirilmiş çoxsaylı teatr tamaşaları qonaqları heyrətləndirəcək. Aktiv istirahət həvəskarlarını idman meydançaları, körlinq məktəbi və "Qu gölü", "Ağbəniz", "12 ay" və digər qış nağılları əsasında 170-dən çox bayram buz şousu gözləyir. "Arzulanan hədiyyənin arxasınca səyahət" kvesti isə qonaqları Rusiyanın müxtəlif bölgələrinin ənənələri ilə tanış edəcək. Kvestin iştirakçıları səyahətçi pasportunda möhürlər toplayacaq və onları hədiyyələrə dəyişə biləcəklər.
Buradan heç kim xoş təəssüratsız, suvenirsiz və yeni qastronomik təcrübə yaşamadan getməyəcək. Festival Moskvanın bayram məkanlarını birləşdirəcək: Tver bulvarında və Mərkəzi Moskva Univermağının yaxınlığında özəl Yeni il ağacı sərgiləri, həmçinin keramik məmulatlar, müəllif suvenirlər, ətirli çaylar və rus mətbəxinin yeməklərini tapa biləcəyiniz yarmarkalar. Festivalın qastronomik müxtəlifliyi ənənəvi rus yeməkləri və təzə hazırlanmış un məmulatları ilə yanaşı, müəllif delikatesləri, ətirli içkiləri və xüsusi qril menyusu ilə heyranlıq doğuracaq. "Xeyirxah Yeni il ağacı" adlı xeyriyyə aksiyası dəstəyə xüsusilə ehtiyacı olanların Yeni il arzularını gerçəkləşdirməyə kömək edəcək. Bunun üçün bayram Yeni il ağaclarından birində istəyi seçmək və QR-kodu skan etmək kifayətdir.
"Milad bayramına səyahət" festivalı paytaxtın hər yaşdan olan sakinləri və qonaqları üçün ənənələri, müasir mədəniyyəti və Yeni il möcüzəsinin atmosferini özündə birləşdirən "Moskvada qış" layihəsinin əsas hadisəsi olacaq. Ecazkar festival, ailəvi səfərlər və ya tək səyahət üçün əla istiqamət olacaq və Azərbaycandan gələn bütün qonaqlara unudulmaz təəssüratlar bəxş edəcək.

Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edirMoskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edirMoskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edirMoskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edirMoskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 0
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.