Dönər niyə zəhərləyir? - Səbəb təkcə ət və mayonez deyilmiş

Dönər niyə zəhərləyir? - Səbəb təkcə ət və mayonez deyilmişHavalar soyuyanda daha praktik olduğu üçün dönər kimi hazır yeməklər həm tələbələr, həm şagirdlər, həm də işləyənlər üçün ən əlverişli seçim olur. Ötən günlərdə Gəncədə də bir qrup şagirdin dönər yedikdən sonra səhhətləri pisləşərək xəstəxanaya köçürüldükləri ilə bağlı xəbər vermişdik.

Bəs görəsən, niyə məhz dönərdən zəhərlənmə halları bu qədər çoxdur? Alarkən nələrə diqqət etməliyik?

Qida mütəxəssisi Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, dönərdən zəhərlənmələrin tək səbəbi ət və mayonez deyil:

"Zəhərlənmələr çox vaxt toyuq dönərindən baş verir. Salmonella bakteriyası ildə minlərlə insanı zəhərləyir və öldürür. Ümumiyyətlə ət, toyuq patogen bakteriya daşıyıcılarıdır, lakin bakteriya yükü çirklənməyə məruz qalmayana qədər onlarda çox az miqdar təşkil edir. Dönəri zəhərli edən bilavasitə çirklənmədir. İlk növbədə ətin düzgün daşınmaması, buzunun dəfələrlə açılması hallarında qida zəhərlənməsi qaçılmazdır. İkinci halda otaq şəraitindəki emal prosesi də, əsas rol oynayır. Bəzən dönərçilər əti hazır alıb, şişlərdə daşımırlar, onun yerinə özləri şişləyib bişirirlər. AQTA dəfələrlə tövsiyə və tələb edir ki, dönər ətləri hazır şişlərdə alınsın.

Şişlənmə zamanı dönər ona görə zəhərlənmə verə bilir ki, prosesdə ət 3 saatdan çox otaq şəraitində saxlanılır. Lakin zəhərlənməyə şərait yaradan səbəblər heç bunlarla da, yekunlaşmır. Dönəri bişirən zaman bəzən dönərçilər gigiyena qaydalarını poza bilirlər. İnsanın saçında, üz dərisində stafilokok bakteriyası olur. Hərdən sosial şəbəkələrdə baxırsan ki, dönərxanada canlı yayım açıblar, heç birinin də başında papağı yox. Fikirləşmirlər ki, bu patogen bakteriya öldürücü xarakter daşıyır. Biz zəhərlənmə deyəndə ancaq ətin, mayonezin üstünə düşürük. Sözsüz, bunlar da başlıca səbəblərdəndir. Amma gizli səbəblərdən biri stafilokok bakteriyasıdır. Yeni dəbdir sanki, aşpazlar papaq taxmırlar. Şef sözünün mənasını bilməyənlər papaqsız iş görüb, özlərini "şef" adlandırırlar. Nəticədə isə qida zəhərlənməsinə bir səbəb də əlavə edilir.

Düşünürəm ki, AQTA "Tiktok"da canlı yayım açıb, dönərxanaların mətbəxini reklam edən, papaq taxmayan, gigiyena qaydalarını pozan, antisanitar vəziyyətdəki restoranlara qarşı reyd aparmalıdır. Bu mütləq olmalıdır. O canlı yayımlara baxanda "n" sayda nöqsanları müşahidə edirəm. Öz-özümə deyirəm ki, nə yaxşı burada zəhərlənmə olmur, buradan necə dönər alıb yeyirlər? Bunlar baxıb, keçiləsi məsələlər deyil. Zəhərlənmənin kökünü formalaşdıran hallardır.

Bəzən müştəri çoxluğuna görə dönərçilər əti ala-çiy vəziyyətdə tez-tez kəsib satırlar. Tam bişməyən ətlər də, qida zəhərlənməsi yaradır".

Qida mütəxəssisi bişmiş dönərin saxlanılma müddətinə də toxunub:

"Alınıb, evə gətirilən dönəri soyuduqdan sonra isitmək olmaz"

"Çiy dönər ətini dondurucuda, şişdə müəyyən müddət saxlamaq mümkün olsa belə, bişmiş dönəri mütləq isti-isti yemək lazımdır. Dönər əti çörəyin arasında, yaxud evə aparana qədər soyuyursa, bu da qida zəhərlənməsi yaradır. Qida məhsullarının bişirilməsi, soyudulması, isidilməsi və yaxud buzunun açılması kimi texnologiyalar var. Bunlara əməl olunmayanda zəhərlənmə yaranır. Qısaca, dönər ətləri nə soyudula, nə də isidilə bilər. Şorbanı soyudub sonra isidib yemək olar, amma eyni üsulu dönərə tətbiq etmək olmaz.

Bişmiş və isti-isti təqdim olunan kəsilmiş dönəri 2 saatdan çox otaq temperaturunda saxladıqda, zəhərlənmə yaranır. Ona görə də, dönəri yerindəcə isti-isti yemək lazımdır. 1 saat ərzində yeyildikdə problem yaratmaz, amma istənilən halda anında yeyilməsi məsləhətlidir. Təkcə dönər ətinin yox, mayonezin də saatlarla otaq şəraitində qalması zəhərlənməyə səbəb olur",-deyə mütəxəssis fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 607   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 0
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.