İsrail ilə Türkiyə arasında müharibə riski nə qədər realdır? - POLİTOLOQDAN AÇIQLAMA
Bir neçə gün əvvəl Türkiyə ordusunun Suriyaya daxil olması İsrail ilə Türkiyə ordusu arasında müharibə ehtimalını yenidən gündəmə gətirdi. Axios yazır ki, Türkiyə ordusunun Suriyaya daxil olması ilə İsrail ilə Türkiyə arasında müharibə qaçılmazdır. Bəs həqiqətənda ABŞ mediasının yazdığı kimi İsrail ilə Türkiyə arasında arasında müharibə baş verə bilərmi?
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Türkiyə ordusunun Suriyaya daxil olması rəsmi şəkildə qoşunların yerdəyişməsi kimi qiymətləndirilsədə, əslində burda əsas səbəb Suriya Demokratik Qüvvələri adlanan əslində isə PKK-nın Suriya qanadı olan, YPG və PYD-nin tərkisilah edilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, Suriyada Əsəd rejiminin devrilməsindən sonra mərkəzi hakimiyyətin gücləndirilməsi, bütün silahlı qruplaşmaların hakimiyyətə tabe olması qərarı verildi: "Bir çox qüvvələr bu istiqamətdə addım atdı. Suriya Demokratik Qüvvələri isə mərkəzi hakimiyyətə tabe olmaqdan imtina etdi. Suriya Demokratik Qüvvələrini əsas dəstəkləyən ölkə İsraildir. Suriyadakı vəziyyət davamlı olaraq İsrail ilə Türkiyə arasında toqquşma risklərini yaradır. Əsəd rejiminin devrilməsi ilə İranın Suriyadan çıxması və Yaxın Şərq bölgəsində İranın mövqeylərinin zəifləməsi İsrailə sərf edir.
Yəni İsrail böyük qazanc əldə etdi. Lakin İsrail üçün əsas gözlənilməz məqam İranın yerini Türkiyənin tutmasıdır. İsrail bunu istəmirdi. Yəni İsrail çalışır ki, bölgədə Türkiyənin təsir imkanlarını zəiflətsin. İsrail çalışır ki, Suriyada müxtəlif etnik kimliklərin özlərinə məxsus muxtariyyətləri formalaşsın.
Bu mərkəzi hakimiyyəti zəiflədib və Suriyanı davamlı nəzarət altında saxlamağa imkan verən bir senaridir. İsrail buna nail ola bilməsə belə, ən azında Druzlar üzərindən muxtariyyət qurmaq Suriya ilə İsrail arasında təhlükəsizlik zonası yaratmaq istəyir. İsrail həmdə çalışır ki, PKK-nın Suriya qanadı PYD və YPG təslim olmasın. Bu həm Suriyada mərkəzi hakimiyyətin güclənməsinin qarşısını alacaq, həmdə PKK-nın təslim olduğu bir vaxtda İsrail Türkiyəyə qarşı PYD və YPG kartını saxlamaq istəyir. Türkiyədə bunun qarşısını almaq istəyir. Bölgədə İsrail ilə Türkiyə arasında toqquşma riskləri artır. Mən hesab edirəm ki, bu toqquşma riski nə qədər böyük olsada, tərəflər buna getməyəcək. Həmdə hər iki ölkənin müttəfiqi olan ABŞ buna imkan verməz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 732 Tarix: 11 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137