Gizli və saxta reklam: fiziki və hüquqi şəxslərin məsuliyyəti

Gizli və saxta reklam: fiziki və hüquqi şəxslərin məsuliyyəti"Reklam haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi ilə məsuliyyətə səbəb olur.

Əmtəələr, işlər və xidmətlər haqqında və ya onların istehsalçıları (icraçıları, satıcıları) barədə bilə-bilə yalan məlumatlarla reklam vermək fiziki şəxslər üçün 200-500 manat, vəzifəli şəxslər üçün 800-1.200 manat, hüquqi şəxslər üçün isə 4.000-6.000 manat cərimə ilə nəticələnir.

Reklam daşıyıcılarında "reklam", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi olmadan təqdim edilən gizli reklam və ya istehlakçının diqqətini manipulyasiya edən reklam üçün vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər 1.000-2.000 manat cərimələnir".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, haqsız, qeyri-dəqiq və gizli reklamın nəticələrinin aradan qaldırılması üçün müəyyən edilmiş təkzib müddətinə əməl etməmək fiziki şəxslər üçün 30-50 manat, vəzifəli şəxslər üçün 250-400 manat, hüquqi şəxslər üçün isə 1.500-2.000 manat cərimə ilə nəticələnir:
Gizli və saxta reklam: fiziki və hüquqi şəxslərin məsuliyyəti"Resept əsasında buraxılan dərmanlar, icazəsiz tibb vasitələri, müalicə, diaqnostika və profilaktika metodlarının, həmçinin bioloji aktiv qida məhsullarının dərman vasitəsi olmadığı barədə məlumat verilmədən və qeydiyyat nömrəsi göstərilmədən reklam edilməsi vəzifəli şəxslər üçün 300-500 manat, hüquqi şəxslər üçün isə 1.000-2.000 manat cərimə ilə nəticələnir.

Dərman vasitələrinin paylanması və ödənişli/ödənişsiz tibbi xidmətlərin reklam aksiyaları fiziki şəxslər üçün 300-500 manat, vəzifəli şəxslər üçün 800-1.000 manat, hüquqi şəxslər üçün 1.000-2.000 manat cərimə olunur.

Qeyd etmək lazımdır ki, saxta reklam vasitəsilə vətəndaşlara qarşı digər hüquqazidd əməllər, məsələn, dələduzluq baş veribsə, bu da məbləğdən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror 9 il cəza istədi, hakim azadlığa buraxdı - Bakıda ŞOK MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa zərər vurmaq və quldurluq etməkdə təqsirləndirilən E.F-in cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi təqsirləndirilən şəxsə qarşı irəli sürülən maddələrin Cinayət Məcəlləsinin 128-c

18.09.2026 207
.

"Kontakt Home"dan aldığı bütün əşyalar xarab çıxdı - Şikayət

Son bir il ərzində "Kontakt Home"dan aldığım məhsullarla bağlı dəfələrlə ciddi problemlərlə üzləşmişəm və artıq bunu ictimai şəkildə paylaşmaq qərarına gəldim. Demək olar ki, aldığım məhsulların bir çoxunda qısa müddət ərzində nasazlıq yaranıb. xəbər verir ki, bu barədə Feysbukun şikayət səhifəsind

18.09.2026 202
.

Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO

Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasın

18.09.2026 208
.

Şagirdlərin qalmaqallı videoları: Problem ailədədir, yoxsa məktəbdə?

Məktəblərin açılmasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, sosial şəbəkələrdə bəzi şagirdlərin müəllimlər və məktəb kollektivi haqqında qeyri-etik ifadələr işlətdiyi görüntülər müzakirələrə səbəb olub. Bu cür paylaşımlar bir tərəfdən yeniyetmələrin sosial şəbəkələrdə davranış mədəniyyəti məsələsin

18.09.2026 197
.

2027-ci ildə Bakının İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Görüşünə ev sahibliyi etməsi əhəmiyyətli hadisə olacaq

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın tarixi-mədəni irsi ilə müasir dünyada həyat

18.09.2026 360
.

Süni intellektlə başqasının fotosunu və videosunu hazırlamaq: Hansı cəza tətbiq olunur? - VƏKİLDƏN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətli inkişafı foto və videoların hazırlanmasını asanlaşdırsa da, bu imkanların başqa şəxslərin görüntülərindən icazəsiz istifadə olunması ilə bağlı hüquqi riskləri də artırır. Xüsusilə bir şəxsin fotosu əsasında onun real görüntüsünə bənzər saxta foto və ya vide

18.09.2026 282
.

Bu ölkə Rusiya ilə "savaşa" hazırlaşır - Qaçış planı

Litva Rusiya ilə müharibəyə hazırlaşır. xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb. Məlumata görə, Litva hakimiyyət orqanları hərbi təhlükə yaranacağı təqdirdə ölkə sakinlərinin Polşaya təxliyə edilməsi planını hazırlayıb:. "Plana əsasən, təxliyə proseduru və ardıcıllığı təhlükənin yerində

18.09.2026 161
.

Süni intellekt kinonu əvəz edəcək? - Gələcəyin ssenarisi açıqlandı

Süni intellektin kino sənayesində getdikcə daha geniş istifadə olunması ənənəvi kinematoqrafiyanın gələcəyi ilə bağlı müzakirələri artırıb. Mütəxəssislər hesab edirlər ki, AI əsaslı filmlər klassik kinonu tamamilə əvəz etməyəcək, lakin sektorda yeni və daha sürətli istehsal formatlarının yaranmasın

18.09.2026 165
.

15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video

Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub. "Qafqazinfo" xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağa

18.09.2026 138
.