Ölkədə qadın zorakılığı və cinayətləri niyə durmadan artır? - PSİXOLOQ AÇIQLADI
Son dövrlər ölkədə qadın zorakılığı və cinayətləri artıb. Yəni elə bir gün yoxdur ki, mətbuatda qadın zorakılığı və cinayətləri xəbəri verilməsin.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, hal- hazırda televiziya kanalların birində canlı efirdə qadın kişi bərabərliyi barəsində güclü müzakirə yox, hətta artıq mübahisə gedirdi. Onun sözlərinə görə, mübahisəyə səbəb isə qonaqlardan sosial psixoloq və digər bir iş adamı olan bu orta yaşlı bəylər, şəxsi fikirlərini patriaxal mövzu ətrafında yürüdərək, bərabərhüquqluğa qarşı çıxdıqlarını vurğulayırdılar: "Güc kişidədir, ağıl kişidədir, lider kişidir, qadın isə kişiyə tabe olmalıdır kimi fikirlər səsləndirirdilər. Efirə gələn zənglər də, əsasən orta yaş və yaşlı təbəqənin nümayəndələri təbii ki, patriaxalizmi dəstəkləyənlər idi. Məsələ burasındadır ki, qadın və kişi bərabər hüquqlarının bərqərar olması üçün, ölkəmizdə qadın hüquqları inkişaf etməyə başlayıb.
Qadın hüquqları inkişaf etdikcə, boşanmalar və bu kimi xoş olmayan qadın qətllərinin də, sayı artmaqdadır. Çünki artıq qadın özünü tanımağa və haqqını tələb etməyə, kişi ilə bərabər hüquqa sahib olmaq istəyir ki, bu da inkişafdır. Əvvəlki illərə nisbətən, qadınlar daha çox təhsil alır, iş qurur, şəxsi inkişafları ilə məşqul olmağa başlayıblar. Bu isə təbii ki, patriaxal düşüncəli insanları narahat edir. Ələxsüs yaşlı nəslin nümayəndələrini. Çünki yaşlı nəslin hətta qadın nümayəndələri, kişini ilahiləşdirərək tabe olmağı seçmişdir, çünki ana və nənələrindən belə görmüşdür. 1900 - cü illərə qədər Azərbaycanda şəriət qanunlarına əsasən, qadının boşanma hüququ olmadığı halda, yalnız kişi boşana bilərdi, amma bu gün artıq azərbaycan qadını, qanunda qeyd olunan tam hüquqa sahib yaşına görə, öz həyatı ilə bağlı qərarlarında tam azaddır. Ölkəmiz inkişafa doğru getsə də, düşüncə baxımından cəmiyyət qadının qazandığı bu azad hüququ həzm edə bilmir.
Çünki düşüncə keçmişdəki şəriət düşüncəsindən hələ də, qopa bilməyib. Bu səbəbdən ölkədə nə qədər "savadlı" mütəxəssislər yetişmiş olsa da, efirlərdə öz sahəsindən sui istifadə edərək, şəriət və şəxsi fikirlərin təbliğatı aparıldıqca, təbii ki, kişilərin daxili aqresiyasına səbəb olur ki, bu gün də. haqqını tələb etdiyi üçün, zorakılığa məruz qalan, qətlə yetirilən, şiddət görən qadındır. Mən düşünürəm ki, əsrlərlə davam edən bu qadın qətliamına son qoymaq üçün, qanunun tətbiqini gücləndirmək vacibdir. Məişət probleminə soyuq yanaşan dövlət orqanları ilk olaraq, məhz bu kimi məsələlərə daha ciddi yanaşmalıdırlar.
Məktəblərdən başlayaraq, bölgələrdə də, bərabərhüquqluq üzrə maarifləndirmə və cəmiyyətdə gender bərabərliyi sağlam münasibətlər və zorakılığın qeyri-qəbul edilməsi barədə proqramlar hazırlanmalıdır. Efirlərdə məişət problemləri ilə bağlı verilişlərdə kişi tərəfdaşlarının təbliğatı dayandırılmalıdır. Ölkədə qadın qətli adi hal alıbsa, bu qanunda ciddi dəyişikliklərin vacibliyini göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1337 Tarix: 09 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
19:30 0 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
21:30 0 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
19:20 0 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 0 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0