"Aparıcılar 2 həftəyə 104 dəfə "okay" deyiblər, cərimələnəcəklər"
Dil qaydalarının pozulması ilə bağlı cərimələr tətbiq ediləcək.
Axşam.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfransda bildirib.
"Prezident AMEA-dakı çıxışında konkret məsələyə toxunmuşdu. Bu, xüsusilə dilimizdə, mediamızda əcnəbi sözlərin artıq dərəcədə istifadə oluması idi. Audivizual Şura bu istiqamətdə bir neçə praktiki addımlar atıb. Onlar barədə məlumatlar vermək istəyirəm. Bu günə qədər Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərdən istifadənin qarşısını demək olar ki, tam alıb. Çox nadir hallarda əcnəbi sözlərin reklam çarxında istifadə olunmasını müşahidə edə bilərsiniz. Bu addım ona görə atıldı ki, verilişlərdən fərqli olaraq reklam çarxlarını insanlar təkrar-təkrar görür.
Verilişlərə gəldikdə isə, vəziyyət qənaətbəxş deyil. Burada həm obyektiv, həm də subyektiv səbəblər var. Verilişlərin monitorinqi çox çətin məsələdir. Hər gün TV və radio məkanında təxminən 800 saata qədər məhsul efirə verilir. Prezidentin çıxışından sonra biz bu məsələni yenidən qaldırdıq. Biz bu sözləri tapşırıq kimi qəbul etmişik. Belə bir fikrə gəldik ki, süni intellektdən istifadə edək. Hazırda bir şirkətlə danışdıq, xüsusi bir soft hazırlandı. Hazırda test rejmində işləyir. 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözlərin siyahısını hazırladıq. Həmin softla noyabrın ilk 2 həftəsi ərzində TV-ləri monitorinq etdik. Aparıcılar tərəfindən haradasa 3 min dəfəyə yaxın sözlər istifadə olunmuşdu. Məsələn, "okay" sözü 104 dəfə işlənmişdi. Belə sözlər kifayət qədər çoxdur. Biz bu sözləri toplayaraq yanvar ayından kanallara məlumat kimi göndərəcəyik ki, məsələn, filan aparıcı filan verilişdə bu sözdən istifadə etdi. 3 aydan sonra Şura dil haqqında qanunundan irəli gələrək cərimələr tətbiq edəcək. Cərimə 500 manatdan 1000 manata qədərdir. Biz istəmərik ki, mediamızı cərimə edək, çünki maddi baxımdan vəziyyət çətindir. Lakin etməliyik, başqa çıxış yolu yoxdur" - Şura sədri bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1090 Tarix: 08 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
19:30 0 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
21:30 0 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
19:20 0 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 0 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0