Bu səhvləri hətta yaxın adamlara belə bağışlamaq olmaz
Mütəxəssislər məsləhət görür ki, əgər sizi nəsə incidirsə, susmayın amma aqressiya da göstərməyin. Əgər təhqir sizə yad kəsdən yox, yaxın dostdan gəlirsə, təsiri daha ağrılı olur. Tanımadığınız birinin təsadüfi sözlərindən fərqli olaraq, dostdan gələn acı sözə necə reaksiya vermək lazım olduğunu anlamaq çətindir, çünki ünsiyyət davam edəcək.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, "Netflix"də yayımlanan "Maneralarınıza Diqqət Edin" şousunun aparıcısı və eyni adlı kitabın müəllifi Sara Ceyn Xo izah edir ki, necə düzgün cavab vermək olar ki, qarşı tərəfi alçaltmadan sərhəd qoyulsun. O, yumşaq şəkildə belə soruşmağı tövsiyə edir: "Sən yaxşısanmı"?
Onun sözlərinə görə, bu ifadə nəzakətli formada göstərir ki, deyilən söz etik çərçivəni aşır. Lakin burada əsas məsələ intonasiyadır bunu mehriban səslə demək lazımdır, kəskin və əsəbi tonla yox. "Mən aqressiya ilə cavab vermirəm. Məqsədim həm qayğı göstərmək, həm də sərhəd qoymaqdır", - ekspert vurğulayır.
Lakin Pepperdine Universitetinin psixologiya professoru və Amerika Psixoloji Assosiasiyasının keçmiş prezidenti Tema Bryant qeyd edir ki, əgər bu davranış sistematik hala çevrilirsə, artıq cavab verməyin vaxtıdır. Amma bunu düşmənçiliklə və uzun izahlarla etməmək lazımdır. "Aşağılayıcı söz eşidəndə, qısa şəkildə onu inkar etmək kifayətdir ki, deyilən fikir həqiqət kimi qəbul edilməsin", - o məsləhət verir.
Dostluğun bitməsi də bir seçimdir
Əgər dostun davranışı ünsiyyəti dözülməz hala gətirirsə, münasibəti bitirmək barədə düşünmək olar. Bryant dostluğu yumşaq şəkildə bitirmək üçün üç üsul göstərir. Onun fikrincə, qərarı mümkün qədər tez bildirmək vacibdir gecikdirmək və ya situasiyadan qaçmaq yalnız ağrını artırır. Bu zaman dostun qüsurlarını sadalamağa və uzun hesablaşmalara ehtiyac yoxdur sakit formada səbəbi demək kifayətdir.
Psixoloq ikimənalılıqdan da çəkinməyə çağırır: münasibəti sadəcə rahatlıq üçün davam etdirməyin. Əgər görüşməkdən imtina edirsiniz, amma darıxanda zəng edirsinizsə, bu qarşı tərəfə sizin münasibətlə "oynadığınız" kimi görünə bilər. Daha doğru olan qərar vermək və ona sadiq qalmaqdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1001 Tarix: 08 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
15:59 247 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 171 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 188 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 208 Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca
16:22 132 Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
12:06 227 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 201 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 165 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 176