Azərbaycanda toy mərasimləri ilə bağlı MÜHÜM AÇIQLAMA - Toy qaydaları dəyişir?
Azərbaycanda toyların formatının yaxın zamanda tam dəyişə biləcəyi iddia olunur. Yeni model 100 nəfərlik məclis, bir müğənni və bir diceydən ibarət sadələşdirilmiş proqramı nəzərdə tutur.
Səbəb isə toy qiymətlərinin son illər məntiqi çərçivəni aşaraq kəskin bahalaşmasıdır. Artıq bəzi nişan və xına mərasimlərində təkcə müğənnilərə 100 min manatdan çox qonorar ödənməsi adi hal alıb. Dekor, yemək və digər xərclər əlavə olunduqda isə bir nəfər üçün toy xərcinin 500-700 manata qədər yüksəldiyi bildirilir.
Cəmiyyət bu cür toy formatını qəbul edəcəkmi? İddialar nə dərəcədə real görünür?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan restoran sahibi Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycanda bu cür toyların təşkili hələlik mümkün deyil:
"Çünki mövcud adət-ənənələr buna imkan vermir. Valideynlər övladlarının toyunu istədikləri kimi keçirmək arzusu ilə yaşayırlar. Hətta bir vaxtlar toy xərcləri üçün döşək altına pul yığmaq kimi ənənələr də olub. Digər tərəfdən, ailələr övladlarına toy edənədək çox sayda məclislərə gedir, hətta bəziləri gələcək dəvətlər üçün siyahı hazırlayır, plan qururlar. Ona görə də yaxın zamanda belə köklü ənənələrdən birdən-birə imtina etmək mümkünsüzdür".
Sosioloq Mail Yaqub deyib ki, cütlüyün xoşbəxtliyi toyda iştirak edən insanların sayından asılı deyil:
"Artıq toylar həddindən artıq şişirdilmiş vəziyyətə çatıb. Min nəfərlik toy nə deməkdir? İllərdir ünsiyyətdə olmadığın uzaq qohumu və ya dostu yalnız vaxtilə onun toyuna getdiyin üçün dəvət etmək, "verdiyim pulu qaytarsın" düşüncəsi ilə siyahıya salmaq anormal bir yanaşmadır.
Dünyanın heç bir yerində belə praktika yoxdur və bu prosesi dayandırmaq lazımdır. Toylarda stulun birinin 500-700 manat olması da absurddur. Buna "bazar rəqabətidir" deyib qəbul etmək doğru deyil, çünki bəzi hallarda dövlət müdaxiləsinə ehtiyac yaranır. Toylarda israfçılıq həddini aşır, insan nə qədər yemək yeyə bilər? Onlarla yemək növü, saysız-hesabsız salatlar təqdim etmək normal deyil. Bu səbəbdən yeni formatda, 100 nəfərlik, bir müğənni ilə keçirilən sadə toy modelini dəstəkləyirəm. Kimsə buna təşəbbüs etsə, əminəm ki, belə nümunələr çoxalacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3549 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
19:20 0 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
21:30 0 Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
14:20 0 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
18:00 0 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15:30 0 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
17:30 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193