"Kairos" tankeri Bolqarıstan sahillərində batmaq təhlükəsi ilə üzləşib
Qambiya bayrağı altında üzən "Kairos" tankeri Bolqarıstanın cənubundakı Qara dəniz bölgəsindəki Ahtopol şəhəri yaxınlığında Ukraynanın "Sea Baby" pilotsuz dəniz gəmisinin ehtimal edilən hücumundan sonra batmaq təhlükəsi ilə üzləşib.
"Report"un "maritime.bg"yə istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində 10 nəfər var və onların həyatı üçün təhlükə yoxdur.
Vəziyyət Bolqarıstan Dəniz Administrasiyası, Hərbi Dəniz Qüvvələri və sərhəd mühafizəsinin nəzarəti altındadır. Qeyd olunub ki, noyabrın 28-də Türkiyə sularında pilotsuz təyyarə ilə baş verən insidentdən sonra "Kairos" hərəkət qabiliyyətini itirib. Dekabrın 3-də Türkiyə gəmisi onu yedəkləməyə başlayıb, lakin dekabrın 5-də naməlum səbəblərdən yedəkləməni dayandırıb və tankeri Bolqarıstanın ərazi sularında tərk edib.
"Kairos" Bolqarıstan sahillərində təxminən bir mil məsafədə lövbər salıb. Hazırda ərazidə güclü küləklər müşahidə olunur.
Dəniz Administrasiyasının məlumatına görə, ekipaj evakuasiya tələb edib, bir sərhəd gözətçi qayığı və iki yedək gəmisi kömək etməyə hazırdır. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar xilasetmə əməliyyatı dekabrın 6-sı səhər saatlarınadək təxirə salınıb. Gəmi gecə boyu müşahidə olunacaq.
Ekipaj üzvlərinin milliyyəti barədə məlumat yoxdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 799 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşProkuror 9 il cəza istədi, hakim azadlığa buraxdı - Bakıda ŞOK MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa zərər vurmaq və quldurluq etməkdə təqsirləndirilən E.F-in cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi təqsirləndirilən şəxsə qarşı irəli sürülən maddələrin Cinayət Məcəlləsinin 128-c
18:15 156 Şagirdlərin qalmaqallı videoları: Problem ailədədir, yoxsa məktəbdə?
Məktəblərin açılmasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, sosial şəbəkələrdə bəzi şagirdlərin müəllimlər və məktəb kollektivi haqqında qeyri-etik ifadələr işlətdiyi görüntülər müzakirələrə səbəb olub. Bu cür paylaşımlar bir tərəfdən yeniyetmələrin sosial şəbəkələrdə davranış mədəniyyəti məsələsin
19:45 127 Bu ölkə Rusiya ilə "savaşa" hazırlaşır - Qaçış planı
Litva Rusiya ilə müharibəyə hazırlaşır. xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb. Məlumata görə, Litva hakimiyyət orqanları hərbi təhlükə yaranacağı təqdirdə ölkə sakinlərinin Polşaya təxliyə edilməsi planını hazırlayıb:. "Plana əsasən, təxliyə proseduru və ardıcıllığı təhlükənin yerində
21:30 1 Hörmüz boğazında naməlum mərmi tankerə dəyib, yanğın baş verib, UKMTO bildirib
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin cümə günü səhər verdiyi məlumata görə, Hörmüz boğazında üzən neft tankerinə naməlum mərmi düşüb və nəticədə gəmidə yanğın baş verib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO bildirib ki, hadisədən sonra bütün heyət üzvlərinin sağ-salama
15:42 169 Putin elektron səs verdi - Təxribatdan qorxdu
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə elektron qaydada səs verib. xəbər verir ki, Rusiya lideri səsvermədə artıq altıncı dəfə elektron formatdan istifadə edib. Putin səsini Kremlin kabinetindən verib. Bu gün Rusiyada bütün seçki məntəqələri fəaliyyətə başlayıb. Mərkəz
21:00 2 Kişi hamilə arvadını döyüb öldürdü
Türkiyədə kişi hamilə arvadını öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Osmaniye vilayətinin Kadirli rayonunda baş verib. K.F. yaşadıqları evdə iki uşaq anası və 6 aylıq hamilə olan 20 yaşlı arvadı Didar F-lə mübahisə edib. Mübahisə zamanı kişi arvadını döyüb. Nəticədə qadın aldığı xəsarətlərdə
18:45 152 Mauro İkardi İngiltərənin bu klubuna gedir?
"Qalatasaray"dan ayrıldıqdan sonra azad agent olan Mauro İkardinin Premyer Liqaya transferi ilə bağlı xəbərlər yayılıb. İtaliya mediası xəbər verir ki, "Tottenhem" 32 yaşlı hücumçunu azad transferlə transfer etməyi düşünür. -ın məlumatına görə, karyerası ərzində "İnter"
19:30 108 2027-ci ildə Bakının İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Görüşünə ev sahibliyi etməsi əhəmiyyətli hadisə olacaq
"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın tarixi-mədəni irsi ilə müasir dünyada həyat
11:45 317 Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasın
15:30 187