Sərhədlərlərlə bağlı YENİ XƏBƏR - Bu tarixdə açılacaq?

Sərhədlərlərlə bağlı YENİ XƏBƏR - Bu tarixdə açılacaq?"Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir. Bu addım Avropada "soyuq müharibə" dövründən qalan axırıncı qapalı sərhədə son qoyacaq və Cənubi Qafqazda ticarətin bərpasına şərait yaradacaq".

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələri məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə-Ermənistan sərhədinin açılması 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanın baş naziri Nikol Paşinyana mühüm siyasi dəstək qazandıra bilər.

Həmsöhbətlər bildiriblər ki, yalnız belə razılaşmalar əldə olunduqdan sonra Türkiyə Ermənistanda səfir göndərə və iki ölkə arasında diplomatik münasibətləri tam bərpa edə bilər.

Bu nədir, ehtimal, yoxsa informasiya? Qərb mediasının sərhədlərin açılacağı ilə bağlı bu əminliyi haradandır? Belə çıxır, Ankara sülh müqaviləsi imzalanmadan, sadəcə, Paşinyanın partiyasına seçki dəstəyi üçün sərhədləri aça bilər?

Ərdoğan Ağalıdan Ermənistan və İrana mesaj verdi ki..." Oqtay Qasımov

Politoloq Oqtay Qasımov "Yeni Müsavat"a bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonrakı dönəmdə Türkiyə və Ermənistan arasında münasibətlərdə irəliləyiş var və tərəflər münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr təyin eləyiblər: "Xüsusi nümayəndələr bu günə qədər altı görüş keçiriblər və bu görüşlərdə münasibətlərin normallaşması üçün ciddi addımlar atılıb. Bir çox istiqamətlərdə müəyyən razılaşmalar mövcuddur. O cümlədən sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılması gələcəkdə Gümrü-Qars dəmiryolunu bərpası, elektrik şəbəkələrinin bir-birilə əlaqələndirilməsi və digər məsələlər artıq prinsip olaraq razılaşdırılıb. O ki qaldı "Bloomberg" nəşrinin 6 ay ərzində Türkiyənin Ermənistanla sərhədlərini açacağı barədə iddiasına, bu iddia üçün müəyyən əsasların olduğunu, görünür ki, onlar nəzərə alırlar. Belə ki, xüsusilə də 8 avqust Vaşinqton görüşündə sülh müqaviləsinin mətninin paraflanması və Zəngəzur dəhlizi - TRİP marşrutunun açılması ilə bağlı əldə olunmuş razılaşmalar prosesə ciddi şəkildə təsir etdi. Məhz bundan sonra Azərbaycanın iki ən yaxın müttəfiqi Türkiyə və Pakistanın Ermənistanla münasibətlərində də bir ciddi irəliləyişlərin əldə olunduğunu deyə bilərik. Pakistan Ermənistanla diplomatik münasibətləri qurmaq prosesinə başladı, Türkiyə ilə Ermənistan xüsusi nümayəndələrinin 6-cı görüşü keçirilib və bu görüş kifayət qədər konstruktiv görüş oldu".

Politoloqun sözlərinə görə, ümumən götürdükdə münasibətlərin düzəlməsi istiqamətində işlər intensiv xarakter alıb, amma amma sərhədlərin konkret olaraq 6 ay ərzində açılacağının iddia, yoxsa dəqiq informasiya olduğunu söyləmək biraz çətindir: "Lakin nəzərə alsaq ki, Türkiyə tərəfinin sərhədlərin açılması üçün dəfələrlə açıqlanmış mövqeyi var. İki həftə öncə xarici işlər naziri Hakan Fidan bəyan etdi ki, sərhədlərin açılması Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına bağlı məsələdir. Nazir bir daha bəyan etdi ki, Türkiyə sərhədlərin açılması məsələsini iki şərtə bağlayır. Birinci şərt Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, ikinci şərt Zəngəzur dəhlizinin açılmasıdır. İkinci şərtin həyata keçməsi ilə bağlı artıq müəyyən addımlar atılıb, ABŞ və Ermənistan nümayəndələri arasında keçirilən görüşdə ilkin razılaşmalar əldə olunub və Paşinyanın da bəyan etdiyi kimi, bu marşrutun açılması ilə bağlı sahədə işlər gələn ilin ikinci yarısında başlanacaq. Azərbaycanla sülh sazişinə gəldikdə isə, bu Ermənistandan konstitusiya dəyişikliyinin vacibliyini özündə əks etdirir. Yəni bu məsələlər həllini tapmadıqca düşünmürəm ki, Türkiyə Azərbaycanla razılaşmadan Ermənistanla sərhədlərini açsın".

O.Qasımov əmindir ki, nə baş verəcəksə Azərbaycanla koordinasiyalı şəkildə baş verəcək: "Sərhədlərin Azərbaycanla razılaşdırılmaqla qarşıdakı 6 ayda açılması ehtimalı çox yüksək olmasa da mümkün variantlardan biridir. Hesab edirəm ki, bu, bölgədəki vəziyyətdən ciddi şəkildə asılı olacaq. Amma böyük ehtimalla elə addımlar atıla bilər ki, sərhədlər tam şəkildə açılmasa da müəyyən məhdudiyyət çərçivədə açıla bilər. Bu da Nikol Paşinyana seçkilərdə əlavə siyasi dividendlər qazandıra bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 0
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

21:30 0
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

19:00 0
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

19:30 0
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

11:45 130
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

18:30 0
.