"Loft Dent"in direktoru həbs olundu - Yenilənib
Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı saxlanılan "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev məhkəməyə çıxarılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror toplanmış ilkin sübutlar əsasında təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən B.Paşayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən vəzifəli şəxs həbs edilib:
"Baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 911 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRus ordusu daha iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Rozovka, Xarkov vilayətinin Malaya Volçya yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
17.09.2026 207 Uşaq məktəbə getmək istəmir: Valideyn nə etməlidir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yeni dərs ilinin başlaması ilə uşaqların məktəbə uyğunlaşması məsələsi yenidən gündəmə gəlir. Bəzi şagirdlər dərslərə həvəslə başlasa da, bir qisim uşaq məktəbə getməkdən imtina edir və müxtəlif səbəblərdən dərsə qarşı maraqsızlıq göstərir. Belə vəziyyətdə valideynin uşağa necə yanaşması, problemin səbəbin
13:58 104 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17.09.2026 366 Bakının təhlükəsizlik gündəliyi: TDT-nin regional çəkisi və Azərbaycanın artan rolu
Sentyabrın 17-də Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlıq gündəliyində təhlükəsizlik məsələlərinin getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizli
11:04 151 Rusiyadan neft alan Hindistana ABŞ-dan SƏRT XƏBƏRDARLIQ
ABŞ Nümayəndələr Palatası Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Çin, Hindistan və digər ölkələrə qarşı sərt rüsumların (100%-dək) tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Nyu-Dehli isə mövzu ilə bağlı Vaşinqtona sərt xəbərdarlıq edib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyan
17.09.2026 219 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi
Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır
10:38 183 "Azərbaycan əlverişli, lakin eyni zamanda geosiyasi baxımdan olduqca mürəkkəb bir coğrafi mövqedə yerləşir" - MÜŞFİQ CƏFƏROV
"Azərbaycan əlverişli, lakin eyni zamanda geosiyasi baxımdan olduqca mürəkkəb bir coğrafi mövqedə yerləşir. Ölkənin həm şimal, həm də cənub qonşuları hazırda aktiv hərbi münaqişələr və ya müharibə şəraitində olan dövlətlərdir. Rusiya 2022-ci ilin fevral ayından bəri Ukrayna ilə genişmiqyaslı müharib
10:49 158 Azərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xətt
"Azərbaycanın dövlət gənclər siyasəti bu gün yalnız sosial siyasətin bir istiqaməti deyil, həm də milli dövlətçiliyin davamlılığını təmin edən strateji amillərdən biridir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə ardıcı
12:36 135 El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil
17.09.2026 258