Magistr səviyyəsində hansı ölkələrdə təqaüdlü təhsil almaq olar?

Magistr səviyyəsində hansı ölkələrdə təqaüdlü təhsil almaq olar?"Magistr səviyyəsində təqaüdlü təhsil üçün ən əlverişli ölkələr bu il daha aydın şəkildə seçilir".

Bu sözləri xaricdə təhsil üzrə ekspert Abbas Xəlilzadə BiG.AZ-a bildirib.

O qeyd edib ki, magistratura pilləsində tam və ya qismən təqaüdlə oxumaq istəyən tələbələr üçün hazırda bir neçə ölkə digərlərindən daha əlverişli imkanlar təklif edir:

"Almaniya dövlət universitetlərində təhsil haqqı demək olar ki, yoxdur, lakin yaşayış xərcləri üçün DAAD, SDG, regional təqaüdlər kimi çoxsaylı proqramlar mövcuddur.

Akademik CV-si yaxşı olan tələbələr üçün qəbul şansı yüksəkdir və bu ölkə həm iqtisadi, həm də vizalar baxımından ən sabit istiqamətlərdən biridir.

"Holland hökumətinin Orange Tulip və Holland Scholarship proqramları rəqabətli olsa da, yüksək nəticələri olan tələbələr üçün əlverişlidir. Niderland universitetləri ingilisdilli ixtisaslarla önə çıxır.

Macarıstanın Stipendium Hungaricum proqramı hər il minlərlə tələbəyə həm təhsil, həm yaşayış xərci, həm də yataqxana dəstəyi verir: Rəqabət olsa da, qəbul realdır və proses sabitdir.

"Türkiye Scholarships" proqramının tam maliyyələşdirmə, aylıq ödəniş və yataqxana təmin etməsi onu magistrlar üçün ən əlverişli seçimlərdən birinə çevirir. Həm bürokratiya nisbətən sadədir, həm də yaşayış xərcləri digər Avropa ölkələrinə nisbətən aşağıdır.

Koreyanın GKS (Global Korea Scholarship) proqramı dünyanın ən geniş təqaüd layihələrindən biridir. Xüsusilə mühəndislik, informasiya texnologiyaları və media sahəsində oxuyanlar üçün çox sərfəlidir.

Çin dövlət və universitet təqaüdləri ilə yüzlərlə ixtisasda magistr təhsili təklif edir: "Yaşayış və təhsil xərclərinin əksəriyyəti qarşılanır, lakin dil və adaptasiya məsələlərini nəzərə almaq lazımdır.

Tələbənin məqsədi yalnız təqaüd qazanmaqdırsa, Macarıstan, Koreya, Çin və Türkiyə daha real seçimlərdir. Əgər tələbə həm təqaüd, həm də yüksək akademik keyfiyyət istəyirsə, Almaniya və Niderland önə çıxır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 24 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

22:24 97
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

19:00 193
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 351
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

22:07 113
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 182
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 184
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

17:30 180
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 174
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 211
.