Hər il 2,5 milyon insan yoluxur - Riski artıran 6 amil

Hər il 2,5 milyon insan yoluxur - Riski artıran 6 amilAğciyər xərçəngi həm ölkəmizdə, həm də dünyada ən çox rast gəlinən və ən çox ölümə səbəb olan xərçəng növü olaraq əhəmiyyətini qoruyur.

Qaynarinfo xəbər verir ki, artan ətraf mühit risk faktorları, siqaret istifadə­sinin yayılması və xəstəliyin gec əlamət verməsi səbəbindən bu xəstəlik cəmiyyət sağlamlığı baxımından kritik əhəmiyyət kəsb edir. 2025-ci ildə diaqnostika və müalicədə yaşanan yeniliklər isə bir çox xəstə üçün yeni ümid dövrünün başlandığını göstərir.

Türk professor, doktor Mustafa Özdoğan xəstəliklə bağlı aktual məlumatları və yeni müalicə yanaşmalarını paylaşıb.

Ağciyər xərçəngi dünyada hələ də ən çox görülən və ən çox can alan xərçəng növüdür. 2022-ci il məlumatlarına görə, hər il dünyada təxminən 2.5 milyon insan bu xəstəliyə tutulur və bu rəqəm bütün xərçəng hallarının 12%-nə bərabərdir.

Eyni il 1.8 milyon insan ağciyər xərçəngi səbəbindən həyatını itirib. Bu da xərçəngdən ölüm hallarının təxminən beşdə birinin təkcə bu xəstəlikdən qaynaqlandığını göstərir.

Genetik meyl bəzi insanlarda rol oynasa da, ümumi risk nəzərə alındıqda ətraf mühit faktorları daha güclüdür. Artıq ağciyər xərçənginin əksər hallarda ətraf mühit təsirləri ilə yarandığı məlumdur.

Riskləri artıran altı əsas faktor:

1. Siqaret: Halların təxminən 70%-i siqaretlə əlaqəlidir.
2. Hava çirkliliyi: PM2.5 səviyyəsi hər 10 µq/m³ artdıqda ölüm riski 8% artır.
3. Radon qazı: Siqaret çəkməyənlərdə ən əhəmiyyətli risk faktorudur.
4. Peşə təsirləri: Asbest, silisium, işlənmiş qazları, qaynaq tüstüsü və s.
5. Passiv siqaret çəkmə
6. Keçmişdə ağciyər xəstəliyi keçirmək

Son illərdə kişilərdə yeni hal sayı azalsa da, qadınlarda ciddi artım müşahidə edilir. "Adenokarsinom" adlı alt tip qadınlarda daha çox görülür və siqaret çəkməyən şəxslərdə rast gəlinən ağciyər xərçənginin böyük bölümünü təşkil edir.

Artan siqaret istifadəsi, ev içi tüstü və yemək buxarı, odun və kömür sobası tüstüsü, passiv içicilik, hormonların hüceyrə dəyişikliklərinə təsiri və genetik meylin ətraf mühit faktorları ilə birləşməsi bu artışın əsas səbəblərindəndir. Qısacası qadınlar siqaret çəkməsələr belə, ağciyər xərçəngi riski kişilərə nisbətən bir qədər yüksəkdir.

Elektron siqaretlərin göründüyü qədər zərərsiz olmadığı artıq bilinir. 2025-ci ildə aparılan geniş təhlillər göstərib ki, e-siqaret istifadəçilərində xərçənglə əlaqəli biomarkerlər yüksəlir. Nikotin asılılıq yaradır və gənclərdə klassik siqaretə başlama riskini 3 dəfə artırır.

Ağciyər xərçəngi hallarının təxminən 70%-i siqaretlə bağlıdır. Siqareti tamamilə həyatımızdan çıxarsaq, ağciyər xərçəngi demək olar ki, yox olardı.

Xüsusilə 40 yaşdan yuxarı və siqaret çəkən şəxslərin mütəmadi müayinəsi vacibdir. 50 yaşdan yuxarı və siqaret çəkmiş şəxslərdə illik aşağı dozalı KT müayinəsi erkən diaqnoz şansı yaradır. Ağciyər xərçəngi uzun müddət əlamətsiz irəliləyə bilər. Bu əlamətlər isə ciddi qəbul edilməlidir:

- Keçməyən öskürək
- Qanlı bəlğəm
- Nəfəs darlığı
- Döş qəfəsi ağrısı
- İştahsızlıq, arıqlama
- Səs batıqlığı
- Təkrarlanan sətəlcəm

2025-ci ildə ağciyər xərçəngi müalicəsində diqqətəlayiq irəliləyişlər olub.

• Taletrektinib – ROS1 pozitiv və beyin metastazlı xəstələrdə təsirli nəticələr verib.
• Datopotamab deruxtecan – EGFR mutasiyalı xəstələrdə daha az yan təsirlə yüksək uğur göstərib.

İmmunoterapiya artıq yalnız irəliləmiş mərhələlərdə deyil, əməliyyatdan əvvəl və sonra da istifadə edilərək yeni standart halına gəlib. Cərrahi sahədə VATS texnikasının yayılması xəstələrə daha az ağrı və daha sürətli sağalma üstünlüyü təmin edir.

Maye biopsiya analizləri qanda dövr edən şiş DNT-sini aşkarlayaraq xəstəliyin təkrarlanmasını çox daha erkən mərhələdə müəyyən etməyə imkan verir. Kiçik hüceyrəli ağciyər xərçəngində isə tarlatamab adlı dərman, başqa müalicə seçimi qalmayan xəstələrdə belə şişi kiçildir və ümidverici nəticələr göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 24 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

22:24 97
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

19:00 193
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 351
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

22:07 113
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 182
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 184
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

17:30 180
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 174
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 211
.