Əməkhaqqından vergi güzəştləri: 2026-cı ildən nələr dəyişə bilər?

Əməkhaqqından vergi güzəştləri: 2026-cı ildən nələr dəyişə bilər?"Əməkhaqqından verginin tutulması məsələsi, 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulan vergi məcəlləsi dəyişiklikləri çərçivəsində müzakirə edilir. Hazırda Milli Məclisdə bu məsələ ilə bağlı ətraflı müzakirələr aparılır və layihədə müəyyən düzəlişlərin edilməsi gözlənilir".

Bunu BiG.AZ-a açıqlamasında vergi eksperti Mehdi Babayev bildirib.

O, qeyd edib ki, hazırkı məcəlləyə görə, əməkhaqqı 2,500 manata qədər olan işçilərin 200 manatı vergidən azaddır. Mütəxəssislər arasında iki əsas yanaşma var: bir qrup əməkhaqqının azad olunan hissəsinin 400 manata qədər artırılmasını təklif edir, digər qrup isə maaşın yalnız 1,000 manatadək olan hissəsinin vergidən azad olunmasını dəstəkləyir. Hər iki yanaşma layihədə müzakirə olunan variantlar sırasındadır:

"Qeyd etmək lazımdır ki, hazırda 200 manatlıq güzəşt əsas iş yeri üzrə tətbiq olunur. Bəzi işçilər isə eyni anda bir neçə iş yerində çalışır və güzəşt digər iş yerlərindən əldə etdikləri məbləğə tətbiq olunmur. Bu baxımdan, güzəştin 400 manata qədər artırılması daha məqsədəuyğun sayılır, çünki bu, əməkhaqqının daha çox hissəsinin vergi yükündən azad olunmasına imkan verəcək.

Müzakirələrin sonunda vergi güzəştləri ilə bağlı konkret dəyişikliklərin edilməsi gözlənilir və bu, əmək bazarında işçilərin gəlirlərinə birbaşa təsir göstərəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1476   Tarix: 24 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

22:24 97
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

19:00 193
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 351
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

22:07 113
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 182
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 184
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

17:30 180
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 174
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 211
.