Bu gündən avtobuslarda onları görəcəyik - Qadın sürücülər işə başlayır - Fotolar

Bu gündən avtobuslarda onları görəcəyik - Qadın sürücülər işə başlayır - Fotolarİctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.

"Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.

Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib. Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib.

İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.

Xanım namizədlər "BakuBus" MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinə, psixoloji qiymətləndirmə və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələləri uğurla tamamladıqdan sonra onlar "BakuBus" MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul olunublar.

İşə qəbul mərhələsində xanımlar üçün "Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük" təlimi də təşkil edilib. Təlim zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.

Noyabrın 24-dən isə xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayırlar. İlk müddətdə onların fəaliyyətinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.

Bu gündən avtobuslarda onları görəcəyik - Qadın sürücülər işə başlayır - FotolarQadın sürücülərdən biri Xalidə Səmədova bu sənətə uşaqlıqdan marağı olduğunu deyib: "Avtobus sürücüsü olmaq uşaqlıq arzum idi. Ailəm də buna dəstək oldu. Bundan əvvəl ailə sürücüsü olaraq çalışmışam. Avtomobil sürmüşəm, avtobus sürəcəyəm, hətta "KamAz" belə olsa, sürərəm".

Onun sözlərinə görə, AYNA tərəfindən keçirilən təlimlər onları həm nəzəri, həm də praktiki baxımdan hazırlayıb: "BakuBus"da işə qəbul proseslərində hər bir addımda peşəkar dəstək nümayiş olundu. Artıq fəaliyyətə başlayırıq. Sərnişinlərə təhlükəsiz, diqqətli və mədəni xidmət göstərməyə hazırıq".

"BakuBus"ın digər qadın sürücüsü Rəna Cəfərova isə ixtisasının informatika müəllimliyi olduğunu, lakin sürücülüyə sevgisinin onu bu peşəyə gətirdiyini söyləyib: "Sürücü kimi işləmək uşaqlıq arzum olub. 20 ildən çoxdur ki, avtomobil idarə edirəm. Avtobus idarə etmək çətindir, amma bir o qədər də maraqlıdır. Bu işə başlamaq istəyən qadınlara tövsiyəm odur ki, gəlsinlər, bacarsınlar, bizim kimi fəaliyyət göstərsinlər, şəhərimiz gözəlləşsin".

Qeyd edək ki, qadın sürücülər ilkin mərhələdə 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər.

Bu gündən avtobuslarda onları görəcəyik - Qadın sürücülər işə başlayır - FotolarBu gündən avtobuslarda onları görəcəyik - Qadın sürücülər işə başlayır - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1590   Tarix: 24 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

22:24 97
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

19:00 193
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 351
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

22:07 113
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 182
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 184
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

17:30 180
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 174
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 211
.