Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb - Foto
Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı olub.
"Qafqazinfo" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar.
Forumun açılış mərasimində Türk dövlətləri arasında mövcud tarixi bağlılıq, ortaq dəyərlər və sıx əməkdaşlıq münasibətlərini əks etdirən, bu əlaqələrin inkişaf yolunu və perspektivlərini əyani şəkildə nümayiş etdirən videoçarx təqdim olunub.
Sonra Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına məktubunu oxuyub.
Qeyd edək ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir. Bu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbirdir.
Forumda iki panel müzakirəsi keçiriləcək. "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü" panelində regional əməkdaşlıq və vətəndaş cəmiyyətinin təşəbbüsləri müzakirə olunacaq. Digər panel isə "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu"na həsr ediləcək və qarşılıqlı təcrübə mübadiləsi imkanları nəzərdən keçiriləcək.
Tədbir Bakıda bədii-mədəni proqramla yekunlaşacaq, forum isə işini Naxçıvanda davam etdirəcək. Burada TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Platformaya rəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərini birləşdirəcək.
Forum iştirakçıları 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna dəvət olunacaq və tədbir birgə bəyanatın qəbul edilməsi ilə başa çatacaq.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 843 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
22:24 97 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
19:00 193 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 351 Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
22:07 113 Balıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
18:50 182 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 184 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
17:30 180 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 174 ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
16:30 211