Metro kartları daha istifadə edilməyəcək - VACİB AÇIQLAMA
Bakıda metroda ödəniş sisteminin yenilənməsi ictimai maraq doğurub. Artıq "BakıKart"la yanaşı, bank kartları, eləcə də Google Pay və Apple Pay kimi ödəniş vasitələri ilə də keçid mümkün olacaq. Bu dəyişiklik bəzilərində "metro kartları dövriyyədən çıxırmı?" sualını gündəmə gətirib. Bəs bu, sadəcə modernləşmə dalğasının bir hissəsidir, yoxsa mövcud sistem tədricən ləğv olunur? Daha vacibi, texniki nasazlıq halında məsuliyyəti kim daşıyacaq – metro, yoxsa bank?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu proses metro kartlarının dövriyyədən çıxarılması deyil, sadəcə sistemin modernləşdirilməsi və rahatlığın artırılması məqsədi daşıyır:
Ekspert deputatla razılaşmadı: Velosipeddən istifadə edənlərin sayı artıb
"Metro ödəniş sisteminə əlavə bir yenilik gətirir. Burada yalnız üstünlüklərdən danışmaq olar. İstənilən sərnişin özünə uyğun olan ödəniş üsulundan istifadə edə biləcək. Bu, seçim imkanlarını genişləndirir."
Ekspertin sözlərinə görə, texniki nasazlıq halları baş verərsə, məsələ operativ şəkildə həll olunacaq:
"Hər hansı problem yaranarsa, onu tez bir zamanda aradan qaldıracaqlar. Xidməti göstərən "BakıKart"dır və ödənişlə bağlı risklər olarsa, şirkət bunu banklarla birlikdə həll edəcək."
Ağamirzəyev əlavə edib ki, alternativ ödəniş vasitələrinin çoxluğu həm təhlükəsizlik, həm də sərnişin rahatlığı baxımından böyük üstünlük yaradır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 12683 Tarix: 09 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
06.11.2026 299 "AzerGold" Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil etdi - Fotolar
8 Noyabr - Zəfər Günü münasibətilə "AzerGold" QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin qeyd olunmasına və qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsinə xidmət edən silsilə tədbirlər keçirilib. xəbər verir ki, tədbirlər çərçivəsind
06.11.2026 133 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
06.11.2026 262 Zəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
06.11.2026 259 Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ
Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy
06.11.2026 282 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular
Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"
06.11.2026 204 Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca
06.11.2026 250 Kamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
06.11.2026 263